Əsas Səhifə > Dünya / Üst manşet > Telman İsmayılov: "Mənim də deməyə sözüm var" -
Telman İsmayılov: "Mənim də deməyə sözüm var" -21-11-2017, 12:19. |
Moskva şəhərinin Basman rayon məhkəməsinin qərarı ilə həbs olunan azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov ictimaiyyətə müraciət edib. SİVİL.AZ "APA-Economics"-ə istinadla xəbər verir ki, müraciət səs yazısı formasındadır. Səs yazısının stenoqramını oxuculara təqdim edirik: "9 il davam edən informasiya terroru nəticəsində mənə qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə məni adam öldürməkdə ittiham edirlər. Mən həyatım ərzində bircə dənə də olsun cinayət törətməmişəm. Mən israrla iddia edirəm ki, günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq mənə qarşı irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə, istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram. Mən uzun müddət susmuşam, bu şər-böhtandan üstün olmağa çalışmışam. Lakin bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimə xoş gedər? Doqquz il öncə də bu hadisələr baş verib: mənim haqqımda, Çerkizov bazarı haqqında hər kəs ağlına gələni yazırdı, guya mən orada qaçaqmalçılıqla məşğulam... O zaman mən bütün bazarın ərazisində çəkiliş apardım, bunu diskə köçürdüm. Bu gün mən o videoçəkilişi "YouTube"da yaymağa hazıram. Artıq bəsdir! Mənim də deməyə sözüm var - nəinki bazar haqqında, bir çox məsələlər barədə. Sübut olmadan ittiham etmək olmaz. Mən Rusiya vətəndaşıyam və sübutları tələb edirəm. Mənə hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib. Necə yəni əmr yuxarıdan gəlib? O yuxarıda oturan kimdir? Bu sualı verəndə, cavab olaraq hər kəsi barmağını yuxarı göstərir. Deməli söhbət ən yuxarıda oturan şəxsdən gedir. Əgər o bilsə ki, onun barəsində belə danışırlar, həmin şəxslərin sonu yaxşı olmayacaq". Xatırladaq ki, Moskva şəhərinin Basman rayon məhkəməsinin qərarı ilə həbs olunan azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb. İş adamının vəkili Marina Rusakova bildirib ki, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qiyabi qəbul edilən həbs qərarı ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Bildirilir ki, T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib. Xatırladaq ki, ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilib. Geri qayıt |