Əsas Səhifə > Dünya > “Google Play” proqramlar mağazasına müdaxilə edilib

“Google Play” proqramlar mağazasına müdaxilə edilib


22-11-2017, 01:00.
title}
“Google Play” proqramlar mağazasına müdaxilə edilib


Hakerlər troyanları “Google Play” proqramlar mağazasının mühafizə sistemindən gizlətmək mexanizmi hazırlayıblar. Zərərverici kod adi proqramlara tətbiq olunur. Fon rejimində məxfi işləyən virus şifrləmə və çoxpilləli sxem sayəsində gizlədilir.

SİVİL.AZ
oxu.az-a istinadən xəbər verir ki, cihaza quraşdırıldıqdan sonra zərərverici proqram öncədən təyin edilmiş funksiyaları yerinə yetirir və əlavə inzibatçılıq hüquqlarını sorğulamır. Bu zaman virus maskalanır, ona görə istifadəçi şübhəli heç nə hiss etmir.

Bundan sonra virus hakerlər tərəfindən təyin edilmiş ünvan üzrə başqa proqramı yükləyir. Yeganə çətinlik odur ki, istifadəçi yeni zərərverici proqramın quraşdırılmasına icazə verməlidir. Yeni zərərverici proqram “Adobe Flash Player” və ya “Android Update” proqramları kimi maskalanır.

“Google Play”dan yoluxmuş proqram öz-özlüyündə heç nə edə bilməz. Bunun üçün istifadəçi əlavə mobil tətbiqin quraşdırılmasına icazə verməməlidir. Buna görə diqqətli olmaq lazımdır.

“Google Play”da artıq 8 belə zərərverici proqram aşkar edilib və “Eset” antivirus şirkətinin xəbərdarlığından sonra dərhal silinib.
Geri qayıt