Əsas Səhifə > Dünya > Almaniya DİN terror təhlükəsi xəbərdarlığı edib
Almaniya DİN terror təhlükəsi xəbərdarlığı edib27-11-2017, 19:00. |
"Avropada, eləcə də, Almaniyada terror təhlükəsi sabit yüksək olaraq qalır. Bu, Milad yarmarkaları da daxil olmaqla, iri ictimai tədbirlərə də aiddir". SİVİL.AZ Report-a istinadən xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi Yohannes Dimrot deyib. Qeyd edək ki, noyabrın 27-dən Almaniyada ənənəvi Milad bayramı yarmarkaları açılır. Onun sözlərinə görə, hazırda federal təhlükəsizlik orqanları təhlükəsizlik sahəsində daim yenilənən vəziyyətə qarşı tədbir görməli olan regional qurumlarla sıx informasiya mübadiləsi aparır. Geri qayıt |