Əsas Səhifə > Dünya / Üst manşet > Yaponiya imperatorunun taxtdan imtina edəcəyi vaxt
Yaponiya imperatorunun taxtdan imtina edəcəyi vaxt1-12-2017, 10:27. |
Yaponiyada imperator ailəsinin işləri üzrə komissiya imperator Akixitonun taxtdan imtina edəcəyi tarixi açıqlayıb. SİVİL.AZ bildirir ki, Oxu.Az-ın məlumatına əsasən, imperator taxtı 2019-cu ilin aprelin 30-da vəliəhdinə təhvil verəcək. Qeyd edilir ki, yeni imperatorun idarəçilik erası mayın birindən başlayacaq. İmperator Akixito taxta atası imperator Hiroxitonun ölümündən sonra - 1989-cu ildə çıxıb. Son illərdə o, ürəyindən əməliyyat edilib və prostat xərçəngindən müalicə alıb. 2016-cı ilin avqustunda xalqa müraciətində o, yaşı ilə əlaqədar məhdudiyyətlər hiss etdiyini, buna görə də imperatorun rolu və vəzifələri haqqında düşündüyünü bildirib. Qeyd edək ki, Akixito taxtdan imtina etdikdən sonra hakimiyyət onun böyük oğlu şahzadə Naruxitoya keçəcək, özü isə əsas imtiyazlarını qoruyub saxlayacaq. Geri qayıt |