Əsas Səhifə > Dünya / Manşet > Tereza Mey: "Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil"
Tereza Mey: "Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil"7-12-2017, 00:53. |
Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil. SİVİL.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib. “Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsi ilə razı deyilik. Hesab edirik ki, qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Tel-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil”, - deyə T. Mey bildirib. Geri qayıt |