Əsas Səhifə > Dünya / Üst manşet > İsrail-Fələstin münaqişəsi ilə məşğul olan Ağ Ev rəsmisi istefa verib

İsrail-Fələstin münaqişəsi ilə məşğul olan Ağ Ev rəsmisi istefa verib


9-12-2017, 11:10.
title}
İsrail-Fələstin münaqişəsi ilə məşğul olan Ağ Ev rəsmisi istefa verib


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dina Pauell istefa verib.

SİVİL.AZ
-ın APA-ya istinadən verdiyi xəbərə görə, D.Pauell 2018-ci ilin əvvəlində vəzifəsini tərk edəcək.

Məlumata əsasən, D. Pauell əvvəlcədən yalnız bir il adıçəkilən postda qalmağı planlaşdırıb. Prezident D.Trampın müşaviri Cared Kuşner bəyan edib ki, yaxın zamanlarda Dina Pauellin hansı vəzifədə çalışacağına aydınlıq gətiriləcək.

Qeyd edək ki, bundan əvvəl 44 yaşlı Misir əsilli Dina Həbib Pauell “Goldman Sachs” şirkətində və eks-prezident Corc Buşun administrasiyasında işləyib. Donald Trampın administrasiyasında D.Pauell Yaxın Şərq və Fələstin-İsrail münaqişəsinin nizamlanma məsələləri ilə məşğul olub.
Geri qayıt