Əsas Səhifə > Dünya > Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir
Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir10-12-2017, 17:04. |
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşır. SİVİL.AZ-ın verdiyi məlumata görə, aksiya iştirakçıları Taras Şevçenko adına parka toplaşır. M. Saakaşvilinin sədri olduğu Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi İvan Slobodyanik yürüşün Azadlıq (Maydan) meydanında başa çatacağını, meydanda aksiya keçiriləcəyini bildirib. Aksiyada M. Saakaşvilinin həyat yoldaşı da iştirak edəcək. Aksiyaçılar M. Saakaşvilinin azadlığa buraxılması barədə şüarlar səsləndirirlər. Qeyd edək ki, M. Saakaşvili dekabrın 5-də cinayətkar qrupun üzvlərinə yardım etmək və onların cinayət əməllərini gizlətmək ittihamı ilə saxlanılıb. Ancaq tərəfdarları M. Saakaşvilinin aparıldığı avtomobilin qarşısını kəsib, onu azad ediblər. Daha sonra M. Saakaşvili tərəfdarları ilə birlikdə Ali Radanın qarşısındakı meydana gəlib, prezidentin impiçmentini tələb ediblər. Dekabrın 6-da polislər meydandakı çadır şəhərciyində M. Saakaşvilini həbs etmək istəsələr də, onun tərəfdarlarının müqaviməti ilə qarşılaşıblar. Polislər M. Saakaşvilini yalnız dekabrın 8-də axşam saatlarında saxlaya biliblər. (Oxu.Az) Geri qayıt |