Əsas Səhifə > Dünya > Rusiya İstintaq Komitəsi Peterburqda partlayış törədən terroçunun adını

Rusiya İstintaq Komitəsi Peterburqda partlayış törədən terroçunun adını


4-04-2017, 17:56.
title}
Rusiya İstintaq Komitəsi Peterburqda partlayış törədən terroçunun adını


Rusiya İstintaq Komitəsi dünən Sankt-Peterburqda metroda partlayışın qırğız əsilli Rusiya vətəndaşı Akberjon Cəlilov tərəfindən törədildiyini təsdiqləyib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

S. Petrenko deyib ki, ekspertlər “Ploşşad Vosstaniya” metrostansiyasında aşkarlanan, içərisində partlayıcı qurğu olan çantada A. Cəlilovun genetik izlərini aşkarlayıblar. Həmin qurğu da ora A. Cəlilov tərəfindən qoyulub.

Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti əməliyyat-axtarış tədbirləri çərçivəsində Ə. Cəlilovun qohumlarının da dindirildiyini açıqlayıb.

Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Ölənlər arasında 1, yaralananlar arasında da 1 azərbaycanlı var.

Partlayış baş verən yerdə terrorçu-kamikadzenin bədəninin hissələri aşkarlanıb.
Geri qayıt