Əsas Səhifə > Dünya / Manşet > Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb


15-12-2017, 00:17.
title}
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb


Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər.

SİVİL.AZ
-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi. “Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir”, - deyə D.Tusk “Twitter” hesabında qeyd edib.

Məlumata görə, qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.
Geri qayıt