Əsas Səhifə > Dünya / Üst manşet > Honq Konqda minlərlə etirazçı hava alanına yığıldı

Honq Konqda minlərlə etirazçı hava alanına yığıldı


12-08-2019, 21:02.
title}
Honq Konqda minlərlə etirazçı hava alanına yığıldı


Polis qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdikdən sonra qəzəbli Honq Konq etirazçıları bazar ertəsi səhər yolları bağlayıb və polislərin dağılışmaq əmrlərinə tabe olmayıb.

"Civil Azerbaijan" xəbər verir ki, tüstü içində döyüş meydanlarına çevrilmiş bir neçə bölgədə onlarla şəxsin yaralındığı bildirilir, həmin yerlərdə gecə boyu qışqırıq və partlayış səsləri gəldiyi xəbər verilir.

Hökümət bazar ertəsi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş iki nəfər də daxil olmaqla 54 nəfərin xəsarət aldığını bildirib.

Etirazçılar bazar ertəsi Honq Konq Beynəlxalq Hava Limanında nümayiş keçirdikdən sonra hava limanındakı bütün uçuşlar təxirə salınıb.

"İctimai asayişi pozan qeyri-qanuni yığıncaqlara gəldikdə, polis etirazçıların dağıdılması da daxil olmaqla, tədbirlər görmək üçün qanuna əsasın vəzifəsini yetirməlidiir. Güc tətbiq edilə biləcəyi haqda xəbərdarlıq edilib. İnsanlara hadisə yerini tərk etmək imkanı verilib. Hadisə yerində olanlar dərhal və ya ən qısa müddətdə oranı tərk etməlidir. Əks təqdirdə, onlar risk qarşısında qala bilərlər," deyə Honq Konqun təhlükəsizlik katibi Conq Li deyib.

Honq Konqda minlərlə etirazçı hava alanına yığıldı


Honq Konq polisi xəbərdarlıq etdikdən sonra bazar ertəsi etirazçılara qarşı su şırnağı maşınından istifadə edib. Rəsmilər iki aydır Asiyanın maliyyə mərkəzinin sakinlərinin məhkəmə qarşısına çıxarılmaq üçün Çinə göndərilməsini təklif edən qanun layihəsinə etiraz edənlərə qarşı daha sərt mövqe nümayiş etdirməyə başlayıb.

Qanun layihəsi daha sonra təxirə salınsa da, nümayişlər davam edib və tədricən demokratiya çağırışlarının səsləndirildiyi geniş hərəkata çevrilib.

Pekin rəsmiləri bazar ertəsi etirazları 'terrorizm' adlandırıb. (Amerikanın səsi)
Geri qayıt