Əsas Səhifə > Dünya > Almaniya məhkəməsi azərbaycanlı mühacirin polisdən çağırış vərəqəsini saxta hesab edib

Almaniya məhkəməsi azərbaycanlı mühacirin polisdən çağırış vərəqəsini saxta hesab edib


27-08-2019, 21:16.
title}
Almaniya məhkəməsi azərbaycanlı mühacirin polisdən çağırış vərəqəsini saxta hesab edib


“Almaniyada Gürcüstan vətəndaşı olan və Azərbaycanda təqib olunduğunu bildirən bir soydaşımızın qaçqın statusu verilməsi ilə bağlı müraciətinin rədd edilməsi haqqında BAMF (Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə) qərarından etdiyi şikayəti məhkəmə təmin etməyib. Məhkəmə bu qərarını təqdim edilmiş sübutların saxta olması ilə əlaqələndirib”.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

“Həmin əsaslardan birinin üzərində dayanmaq istəyirəm. Məhkəmə yazır ki, təqdim olunan çağırış vərəqəsinə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini general “filankəsovun” (soyadı bilərəkdən demirəm – Ə.Əliyev) adından imza edilib. Azərbaycanda isə Baş İdarə rəisinin müavini olan, icraatına iş qəbul etməyən və araşdırma aparmayan, fəaliyyəti idarəetmə ilə bağlı olan birisinin vətəndaşa çağırış vərəqəsi göndərməsi inandırıcı deyil. Digər sənədlər haqqında da məhkəmə əsaslı və maraqlı münasibət bildirib, sadəcə hazırda bir-bir onları sadalamağın yeri deyil. Təkcə onu vurğulamaq istəyirəm ki, deməli, Almaniyanın müvafiq orqanları artıq Azərbaycandakı sistemi çox yaxşı bilirlər”.
Geri qayıt