Əsas Səhifə > Dünya / Manşet > Texasda atışma - beş ölü, onlarla yaralı
Texasda atışma - beş ölü, onlarla yaralı1-09-2019, 16:28. |
ABŞ-da, Texas ştatında bir ayda ikinci dəfə atışma hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb. CİVİL AZERBAİJAN bildirir ki, ilk öldürülən şəxs polis əməkdaşı olub - o, Midland və Odessa şəhərləri arasındakı magistral yolda atəş açan adamın avtomobilini saxlamağa cəhd edərkən öldürülüb. Yoldan keçənlərə və sürücülərə avtomobilindən atəş açan həmin adam bir müddətdən sonra maşınını tərk edərək bir poçt furqonunu qaçırıb. Polis əməkdaşları onu yerli kinoteatr kompleksi yaxınlığında güllələyiblər. Həmin şəxsin təxminən 35 yaşında ağdərili bir adam olduğu bildirilib. Cinayətinin səbəbləri naməlum olaraq qalır. Təxminən bir ay əvvəl Texasın El Paso şəhərində atışmada 22 nəfər ölmüşdü. Şənbə günü baş verən hadisə nəticəsində təxminən 20 nəfər yaralanıb - onlardan üçü polis əməkdaşı olub. Odessa şəhər xəstəxanasının bildirdiyinə görə, güllə yarasıyla xəstəxanaya gətirilmiş yaralılar arasında yaşı iki yaşdan aşağı olan bir uşaq da var. Yaralılardan yeddisinin vəziyyəti ağırdır. (BBC) Geri qayıt |