Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Gürcüstanda Prezidentə qarşı istintaq başlayıb
Gürcüstanda Prezidentə qarşı istintaq başlayıb20-09-2019, 16:07. |
Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvili barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə istintaq başlayıb. CİVİLAZERBAİJAN.COM-un verdiyi xəbərə görə, prokurorluğun müvafiq qərarı "Avropalı Gürcüstan” partiyasının Baş Prokurorluğa müraciətindən sonra başladılıb. Belə ki, prezident avqustun 28-də "Mariamoba" bayramı ilə əlaqədar 34 məhkumu əfv edib. Onlardan 3 nəfəri qətlə görə həbs olunub, bir nəfər isə beynəlxalq axtarışda olub. Prezidentin qərarı ictimaiyyət arasında narazılıq yaradıb. İstintaq təsdiqini taparsa, prezidenti vəzifə tutmaq və yaxud fəaliyyətindən məhrum edilməklə yanaşı, üç ilədək həbs cəzası gözləyir. Geri qayıt |