Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir
ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir22-09-2019, 13:19. |
ABŞ prezidenti Donald Trump Yaxın Şərqə əlavə qoşun göndərilməsi ilə bağlı sənədi imzalayıb. CİVİLAZERBAİJAN.COM bildirir ki, cümə günü Pentaqondan verilən məlumata görə, həmin hərbi qüvvələr Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində hava hücumundan və raketdən müdafiə hissələrini gücləndirəcəklər. Müdafiə naziri Mark Esper bildirib ki, bu tədbirlər Səudiyyə və BƏƏ-nin müraciətlərinə əsasən həyata keçirilir və məqsəd müdafiədir. Bu həm də Amerikanın bölgədəki mövcudluğunu gücləndirmək üçün ilk addım kimi də qiymətləndirilir. ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Dunford regiona nə qədər qoşun yerləşdiriləcəyini açıqlamayıb. O, bu barədə ətraflı məlumatın gələn həftə müdafiə naziriyi tərəfindən yayılacağını deyib. Yaxın Şərq regionunda hərbi birliklərin gücləndirilməsi ilə bağlı ABŞ müdafiə nazirliyinin qərarı Səudiyyə Ərəbistanının Aramco neft şirkətinə məxsus obyektlərin dron və raketlərlə vurulmasından sonra gündəmə gəlib. ABŞ dövlət katibi Mike Pompeo çərşənbə günü hücumun "müharibə aktı" olaraq qəbul edilməli olduğunu söyləyib. Vaşinqton və Ər-Riyad bu hücumda İranın məsuliyyət daşıdığını hesab edir. Beləki həmin neft müəssisələrinə hücumu təşkil etməkdə ittiham olunan Yəməndəki Huti qüvvələrinin İran tərəfindən dəstəkləndiyi vurğulanır. İran isə ittihamları rədd edir. Bu ərəfədə Tramp İran Milli Bankına qarşı sanksiyalara da qərar verdiyini bildirib. Geri qayıt |