Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Bu ölkələrdə ali təhsil pulsuzdur -
Bu ölkələrdə ali təhsil pulsuzdur -24-09-2019, 00:00. |
Ali təhsilin yüksək qiymətləndirildiyi və vacib hesab olunan bir çox ölkələrdə ali təhsil böhranı yaşanır. Ölkənin universitetlərində təhsil haqqını ödəməyə pulları çatmayan tələbələr təhsil almaq üçün kredit götürürlər və bu kreditləri məzun olduqdan sonra daha uzun illər ödəməli olurlar. Bu vəziyyət əsasən ABŞ üçün xarakterikdir. CİVİLAZERBAİJAN.COM tezxeber.az-a istinadla xəbər verir ki, ali təhsilin dövlət tərəfindən subsidiya aldığı ölkələr də var. Bu ölkələr haqda sizə daha ətraflı məlumat verəcəyik. İsveç Bu ölkədə 68 faiz gənc ali təhsil alır. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 20 min 864 dollar təşkil edir. Ümumiyyətlə, İsveçdə 25-64 yaşlarında olan yetkinlərin 83 faizi orta məktəb diplomu alır. Ölkədə 30-dan çox ali təhsil müəssisəsi var ki, bunların da üçdə biri universitetdir. İsveç ən çox xarici tələbənin təhsil aldığı ölkələrdəndir. İsveç vətəndaşları, Avropa Birliyinin ölkələrinin vətəndaşları, eyni zamanda yaşayış icazəsi alanlar üçün ali təhsil pulsuzdur. Danimarka Danimarkada oxuyan gənclər 55 faiz təşkil edir. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci – 17 min 634 dollar təşkil edir. Ali təhsil müəssisələri universitetlər, ixtisaslaşmış ali məktəblər, kolleclər və texniki institutlardır. Finlandiya Universitetdə oxuyan gənclər 69 faiz təşkil edir. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 15 min 402 dollardır. Ali təhsil ibtidai təhsil kimi ölkə vətəndaşları üçün AB ölkələrindən və Avropa Birliyindən gələn əcnəbilər üçün tamamilə pulsuzdur. Finlandiya təhsili maliyyələşdirmək üçün istifadə edilə bilən və ya gündəlik xərclərinə xərclənən təqaüd və qrantlar ayırır. İrlandiya Ölkədə universitetlərdə oxuyan gənclər 51 faiz təşki edir. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 16 min 284 dollardır. İrlandiyada ali təhsil "üçüncü səviyyəli təhsil” adlanır. Universiteti bitirdikdən sonra məzun bakalavr dərəcəsi alır. Ali təhsili dövlət universitetlərində, müxtəlif kolleclərdə almaq mümkündür. Ölkədə 196 min tələbə təhsil alır, onlardan 11 mini xarici vətəndaşlardır. Təxminən 16 min irlandiyalı tələbə xaricdə təhsil alır. İslandiya Ali təhsil alan gənclər İslandiyada 77 faiz təşkil edir. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 10 min 429 dollardır. İslandiyada da ölkə vətəndaşları üçün təhsil pulsuzdur, lakin bir çox islandiyalı xaricdə təhsil alır. Norveç Elə Norveçdə də rəqəm İslandiyadakı kimidir – 77.faiz. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 18 min 942 dollardır. Norveçin hər universitetində bir yataqxana, yeməkxana, idman salonu və kitabxana var. Dövlət yalnız təhsil səviyyəsinin yüksək olmasına deyil, həm də tələbələrin istirahəti ilə maraqlanır. Çex Respublikası Bu ölkədə bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 8 min 738 dollardır. Dövlət ali təhsil müəssisələri büdcədən maliyyələşdirilir və çex dilində pulsuz təhsil təklif edirlər. Yaradıcı ixtisaslar istisna olmaqla əsas ixtisaslar üçün müraciətlər əvvəlki ilin oktyabr ayından fevralın sonuna və ya mart ayına qədər qəbul olunur. Gəbul imtahanları may-iyun aylarında keçirilir. Çex Respublikasında, hazırda dövlət tərəfindən maliyyələşdirilən 28 universitet və institut var. Geri qayıt |