Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Milli Kəşfiyyatın direktoru Trump-dan şikayət barədə ifadə verib
Milli Kəşfiyyatın direktoru Trump-dan şikayət barədə ifadə verib27-09-2019, 12:03. |
ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edən Adam Schiff Trump-ın kəşfiyyat nümayəndəsinin şikayətində təsvir edilən hərəkətlərini “mütəşəkkil cinayətkarlığın klassik şantajı” adlandırıb. CİVİLAZERBAİJAN.COM bildirir ki, Schiff bu bəyanatı sentyabrın 26-da komitə dinləməsinin açılışında verib. Bu dinləmədə ABŞ Milli Kəşfiyyatının direktor əvəzi Joseph Maguire ifadə verməli idi. Bundan az əvvəl isə kəşfiyyat nümayəndəsinin yazılı şikayətinin redaktə edilmiş variantı ictimaiyyətə açıqlanmışdı. Şikayətdə iddia edilir ki, Trump Ukraynadan 2020-ci il ABŞ prezident seçkisinə müdaxilə istəyib. Trump hər hansı qanunsuzluğa yol verdiyini danır. O Twitter-də yazıb: “Burada impiçmentlik nəsə varmı? Qətiyyən yoxdur! DEMOKRATLAR RESPUBLİKAÇILAR PARTİYASINI VƏ ONUN QORUDUĞU DƏYƏRLƏRİ MƏHV ETMƏK İSTƏYİRLƏR. BİR ARAYA GƏLİN, ONLARA CAVAB VERİN, QƏTİYYƏTLƏ MÜBARİZƏ APARIN, RESPUBLİKAÇILAR. VƏTƏNİMİZİN TALEYİNDƏN SÖHBƏT GEDİR!” Şikayət Trump-la Zelenskiy arasında iyulun 25-də yer almış telefon söhbətinin məzmunundandır. Bu telefon söhbəti zamanı Trump Zelenskiy-dən 2020-ci il prezident seçkisində onun rəqibi olacaq keçmiş demokrat vise-prezident Joe Biden və onun oğlu Hunter-in araşdırılmasını istəyib. Hunter Ukraynada enerji şirkətlərindən birində işləyirdi. Biden-lərin qanunsuzluğa yol verdiklərini göstərən heç bir dəlil açıqlanmayıb. Maguire Konqres dinləməsində kəşfiyyat nümayəndəsinin şikayət yazmaqla “düzgün hərəkət” etdiyini deyib. O bildirib ki, bu şikayət kəşfiyyatçının “ölkəyə bağlılığını, prezident andının nə demək olduğunu prezidentdən daha çox anladığını göstərib”. Kəşfiyyatçının Trump-la Ukrayna prezidenti Zelenskiy arasında telefon söhbətindən etdiyi şikayət hesabatında deyilir ki, bu danışıqda yer almış qanun pozuntusu, hakimiyyətdən sui-istifadə, barəsində təcili tədbir görülməli olan ciddi problemdir. Bu şikayəti oxuyarkən şoka düşübmü sualına cavabında Maguire deyib ki, o sənəddəki iddiaların “mühümlüyünü tam mənasında bilib”. Kəşfiyyat nümayəndəsinin şikayətində bu da iddia olunur ki, Ağ Ev rəsmiləri 25 iyul söhbətinin yazısını “gizlətməyə” çalışıblar. Bu danışığın 5 səhifəlik xülasəsi sentyabrın 25-də açıqlanıb. Maguire habelə Senatın Kəşfiyyat Komitəsində qapalı ifadə verməyə hazırlaşır. Geri qayıt |