Əsas Səhifə > Dünya / Üst manşet > Slovakiyada MİQ-29 qəzaya uğrayıb

Slovakiyada MİQ-29 qəzaya uğrayıb


29-09-2019, 15:20.
title}
Slovakiyada MİQ-29 qəzaya uğrayıb


Slovakiyada sovet istehsalı olan MİQ-29 hərbi təyyarəsi qəzaya uğrayıb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bu barədə ölkənin Müdafiə nazirliyi məlumat yayıb. Hadisənin sentyabrın 28-də Bratislava şəhərindən 100 kilometr şərqdə Nitra şəhəri yaxınlığında baş verdiyi bildirilir.

Qəzanın təlim uçuşu zamanı baş verdiyi, pilotun hazırda xəstəxanada olduğu və həyatına təhlükə olmadığını bildirir. Qəzanın səbəbləri ilə bağlı istintaq tamamlanana qədər MİQ-29 təyyarələrinin uşuçu dayandırılıb.

Slovakiya 14 ədəd F-16 hərbi təyyarələrinin alınması ilə bağlı 2018-ci ildə ABŞ-dakı Lockheed Martin firması ilə müqavilə imzalayıb.

İmzalanan sənəddə F-16 döyüş təyyarələrinin birincisinin partiyasının 2022-ci ilə qədər Slovakiyaya gətirilməsi planlaşdırılır.

Bu il iyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib və Xəzər dənzinə düşüb. Bir müddət sonra təyyarənin qalıqları və pilotun cəsədi dənizin dibindən qaldırılıb. Rəsmi açıqlamaya görə, Azərbaycana məxsus hərbi təyyarə gecə məşq uçuşları zamanı yad cisimlə toqquşaraq qəzaya uğrayıb.
Geri qayıt