Əsas Səhifə > Dünya / Üst manşet > Almaniya 35 115 qaçqının “Dublin”ə görə qəbul edilməsi ilə bağlı tələb göndərib
Almaniya 35 115 qaçqının “Dublin”ə görə qəbul edilməsi ilə bağlı tələb göndərib1-10-2019, 00:01. |
Almaniyada sığınacaq üçün müraciət edənlərin mütləq əksəriyyəti “Dublin sazişi”nin tələblərinə görə Almaniyaya aidiyyəti olmayanlardır. CİVİLAZERBAİJAN.COM bildirir ki, Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin məlumatında deyilir ki, ötən il səlahiyyətli dövlət orqanları “Dublin sazişi”nin tələblərinə uyğun olaraq Avropa Birliyinin (AB) digər üzvlərinə 35 115 nəfərin qəbul edilməsi haqqında tələb göndərib. Həmin müraciətlərdən yalnız 5 minə yaxınının qəbul edilməsi haqqında razılıq alınıb. Ümumiyyətlə, Almaniya faktiki olaraq yalnız 4800 nəfəri “Dublin sazişi”nə əsasən şəxsin ərazisinə ilk daxil olduğu ölkəyə qaytara bilib. Almaniya hakimiyyəti sığınacaq üçün ilk müraciətlərin təxminən 20 faizinin çoxuna “Dublin sazişi” baxımından cavabdeh olmadığını bəyan edib. 2018-ci il demək olar ki, hər üçüncü müraciət “Dublin proseduru”ndan keçmiş şəxsin müraciəti olub. İllərdir AB-də “Dublin fəaliyyəti”nin dayandırılması və ya dəyişdirilməsi müzakirə olunur. İndiyə qədər uğur əldə etmək mümükün olmayıb. Bu yaxınlarda Almaniyanın Daxili İşlər nazirliyi qaçqınların qəbulu ilə bağlı kvotanın müəyyən edilməsini təklif edib. Lakin bir çox AB ölkələri belə bir kvotaya qarşı çıxıblar. Məlumat üçün qeyd edək ki, ötən ilin əvvəlində Alman İnteqrasiya və Miqrasiya üzrə Ekspertlər Şurası ölkələrə qaçqınları əhalisinin sayına, iqtisadi gücünə və işsizlik səviyyəsinə görə “ədalətli” şəkildə bölüşdürülməklə qəbul edilməsi ilə bağlı bir konsepsiya təqdim edib. Geri qayıt |