Əsas Səhifə > Dünya / Üst manşet > Putin Yerevanda həbsdə olan Kocharianın arvadı ilə görüşüb

Putin Yerevanda həbsdə olan Kocharianın arvadı ilə görüşüb


2-10-2019, 20:56.
title}
Putin Yerevanda həbsdə olan Kocharianın arvadı ilə görüşüb


Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Yerevanda hazırda həbsxanada olan keçmiş prezident Robert Kocharian-ın arvadı Bella Kocharian-la görüşüb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti Kocharian-ın ofis rəhbəri Viktor Sogomonyana istinadən verib.

Azatutyun yazır ki, Sogomonyan görüşün kimin təşəbbüsü ilə olduğunu və keçmiş prezident arvadı ilə nə barədə söhbət edildiyini deməyib.

Vladimir Putin oktyabrın 1-də Avrasiya İqtisadi İttifaqının Yerevanda keçirilən sammitində iştirak edib.

O, habelə, Ermənistanın baş naziri Nikol Pashinian-la ayrıca ikitərəfli danışqılar keçirib.

Bu sammitdə İran prezidenti Hassan Rohani də iştirak edirdi.

Ermənistanın keçmiş prezidenti Robert Kocharian iyunun 25-dən həbsdədir.

O 2008-ci ilin 1 mart hadisələri zamanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Kocharian həbs ediləndən bəri Rusiya rəsmiləri onun azad olunması üçün rəsmi Yerevana təzyiq göstəriblər.
Geri qayıt