Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > İranda həbs olunan rusiyalı jurnalist yaxın vaxtlarda azad ediləcək
İranda həbs olunan rusiyalı jurnalist yaxın vaxtlarda azad ediləcək5-10-2019, 13:14. |
Tehranda həbs olunan rusiyalı jurnalist Yuliya Yuzik tezliklə azad ediləcək. CİVİLAZERBAİJAN.COM bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib. O bildirib ki, jurnalist Y.Yuzik “bəzi məsələlərin aydınlaşdırılması” üçün saxlanılıb. Xatırladaq ki, sentyabrın 29-da Tehrana gələn rusiyalı jurnalist Y.Yuzikin pasportu Tehranın beynəlxalq hava limanında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əlindən alınıb. Ona bildiriblər ki, ölkəni tərk edəndə pasportu qaytarılacaq. Lakin oktyabrın 3-də Y.Yuzik Tehranın otellərinin birində həbs edilib. Rusiyanın İrandakı səfirliyi bildirib ki, Y.Yuzik pasportunun əlindən alınması haqqında səfirliyi məlumat versəydi həbsin qarşısını almaq olardı. Qeyd edək ki, məsələ ilə əlaqədar İranın Rusiyadakı səfiri Mehdi Sənayi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub. Yeri gəlmişkən, jurnalisti İran İslam İnqilabının Küşikçiləri Korpusunun əməkdaşları həbs ediblər. Jurnalist İran əleyhinə casusluqda şübhəli bilinir. Onu da qeyd edək ki, Yuzik "Komsomolskaya Pravda" qəzetinin redaksiyasında və "Rus Newsweek" jurnalında işləyib. 2003-cü ildən bəri ədəbi iş və jurnalist araşdırmaları ilə məşğuldur. 2003-cü ilin noyabr ayında onun Rusiyada özünü partladan terrorçu qadınların taleyindən bəhs edən "Allahın gəlinləri" adlı kitabı nəşr olunub. Kitab doqquz xarici ölkədə çap edilib. Sonra o, "Beslan lüğəti" kitabını yazıb. Geri qayıt |