Əsas Səhifə > Dünya / Üst manşet > Xaricdəki müxaliflərə hücumlar -

Xaricdəki müxaliflərə hücumlar -


28-10-2019, 20:58.
title}
Xaricdəki müxaliflərə hücumlar -


Bu yaxınlarda ‘Amad News’ adlı onlayn forumun təsisçisi Ruhulla Zəmin qaçırılaraq İrana aparılmasının ardınca İslam Respublikasının xaricdə fəaliyyət göstərən müxaliflərə qarşı hücumları daha artıq müzakirə edilməyə başlayıb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, siyasi fəal Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətdə İran İslam Respublikasının keçən 40 il ərzində xaricdəki müxaliflərinə qarşı törətdiyi hücumları şərh edib. O, həmçinin son illərdə hakimiyyətin həyata keçirdiyi kiberhücumlar haqqında danışıb.

Babək Çələbiyanlı Ruhulla Zəmin İraqda İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb və İrana aparıldığını deyir.

İnqilab Keşikçiləri Korpusu (Sepah) Fransada yaşayan Ruhulla Zəmi “kəşfiyyat hiylələri ilə aldadaraq İran daxilinə yönləndirdiyini” irəli sürüb.

İslahatçı molla Məhəmmədəli Zəmin oğlu Ruhulla Zəm son illərdə təsis və idarə etdiyi onlayn ‘Amad News’ onlayn forum ilə gündəmə gəlmişdi. Amad News-un Telegram kanalı 2018 yanvar ayında İranın müxtəlif vilayətlərində baş qaldıran kütləvi etirazları yönləndirməkdə əsas rol oynamışdı.

Çələbiyanlının sözlərinə görə, İslam Respublikası keçən 40 ildə hər dönəmin şərtlərinə uyğun metodlarla müxalif qüvvələrə qarşı aqressiv hücumlar həyata keçirib.

O, Fransa, Almaniya, Türkiyə və Azərbaycan Respublikasında İranlı müxaliflərə qarşı bəzi terror və adam qaçırma əməliyyatlarına diqqət çəkir:

“80 və 90-cı illərdə İranın bir sıra terror aktlarına şahid olmuşuq. Keçən 40 ildə İslam Respublikası günə uyğun metodlar ilə öz müxaliflərini aradan qaldırmağa çalışıb.”

Çələbiyanlı İran hakimiyyətinin son illərdə xüsusilə kiberhücumlar ilə öz müxaliflərini susdurmağa çalışdığını vurğulayır.

“Rejim xaricdə yerləşən siyasi fəallara, onların idarə etdiyi veb səhifələr ya sosial media kanallarını hək edərək hücum edir. Misal olaraq, keçənlərdə Azərbaycan Milli Dirəniş Təşkilatına bağlı olan ‘Araz News’ Telegram kanalını hək etmişdilər,” siyasi fəal söyləyir.

Ötən illər ərzində həm hüquq müdafiıçiləri, həm də kibertəhlükəsizlik şirkətləri İran İslam Respublikasının mobil proqramlar vasitəsilə müxtəlif şəxslər, o cümlədən türk və kürd fəalların telefonlarını izkədiyini önə çəkiblər.

Babək Çələbiyanlının dediklərinə görə, İran İslam Respublikası sadəcə öz müxaliflərinə deyil, habelə xarici dövlətlərə qarşı aqressiv kiberhücumları həyata keçirir.

Çələbiyanlı müsahibədə həmçinin internet təhlükəsizliyinin önəminə diqqət çəkərək, mobil telefon və kompüterləri viruslar və ziyanverici proqramlardan qorumaq üçün bəzi tövsiyələr paylaşıb. (AmerikanınSəsi)
Geri qayıt