Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Trump Ərdoğanla Ağ Evdə danışıqlar aparıb

Trump Ərdoğanla Ağ Evdə danışıqlar aparıb


14-11-2019, 01:47.
title}
Trump Ərdoğanla Ağ Evdə danışıqlar aparıb


ABŞ prezidenti Donald Trump çərşənbə günü Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, Trump və Ərdoğan arasında Ağ Evdə son iki ildə ikinci görüş iki ölkə arasında münasibətlərdə gərginliyin olduğu bir vaxt keçirilir.

“Biz uzun müddətdir dostuq. Biz bir-birimizin ölkəsini başa düşürük” – deyə, Trump bildirib.

Ərdoğanın bu yaxınlarda Amerikanın xəbərdarlıqlarına baxmayaraq, Suriyanın şimal-şərqində Suriya kürdlərini hədəf alan əməliyyatlara başlaması ABŞ rəsmiləri tərəfindən qəzəblə qarşılanıb.

Türkiyə lideri həmçinin Moskvadan S-400 raket müdafiə sistemələri almaq qərarı ilə Amerikanın müdafiə rəsmiləri və diplomatlarını narazı salıb.

Birləşmiş Ştatlar və digər NATO müttəfiqləri Türkiyənin Rusyanın S-400 raket sistemi alması ilə bağlı narahatlığını ifadə edib və onların ittifaqın müdafiə sistemi ilə uyğun olmadıqlarını, habelə ABŞ-ın F-35 döyüş təyyarə proqramına hədə olduğunu bildirib.

Birləşmiş Ştatlar cavab olaraq Türkiyənin F-35 proqramında rolunu dayandırıb.

Ərdoğanın səfərindən öncə müxbirlərlə danışan ABŞ-ın yüksək vəzifəli rəsmisi deyib ki, raket sistemi Trumpın Türkiyə ilə danışıqlarda “birbaşa müzakirə etməyə çalışdığı” məsələdir.

“O açıq bir şəkildə bildirib ki, bu ikitərəfli münasibətlərin ən müsbət tərəfi iqtisadi əlaqələrdir ki, bunun əsas hissəsini F-35 və Türkiyəninin F-35-dəki proqramdakı potensial roludur. Amma bu səviyyəyə çatmaq üçün biz müttəfiqlər olaraq S-400 məsələsini həll etməliyik”, rəsmi deyib.

Ərdoğanın sözçüsü Fahrettin Altun Twitter-də bildirib ki, Türkiyə Rusiya raketlərinin almasının səbəblərini aydın izah edib.

“Türkiyənin raket müdafiə sisteminə dərhal ehtiyacı var. ABŞ bu məsələnin bizim münasibətlərimizdə əngəl olmasının qarşısını almaq üçün bunu dərk etməlidir. Türkiyənin F-35 proqramında iştirakı bizim müdafiə məsələlərində əməkdaşlığımız üçün zəruridir”, Altun deyib.

ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, Trumpın digər prioritetləri arasında Suriyada vəziyyətdir ki, Birləşmiş Ştatlar orada İslam Dövləti qrupunun yenidən üzə çıxmasından narahatdır. Bir digər məsələ də “dini və etnik azlıqlara qarşı vəhşiliklərdir”.

Trump həmçinin Türkiyədəki insan haqları məsələlərini də müzakirə etməyi planlaşdırır. (AmerikanınSəsi)
Geri qayıt