Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Ermənistanda minimum əməkhaqqı kəskin artırıldı

Ermənistanda minimum əməkhaqqı kəskin artırıldı


19-11-2019, 22:56.
title}
Ermənistanda minimum əməkhaqqı kəskin artırıldı


Ermənistan Milli Məclisi noyabrın 19-da ölkədə minimum əməkhaqqının 20 faizdən çox artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, 2015-ci ilin iyulundan bəri 55 min dram (115.57 dollar) olan minumum əməkhaqqı 2020-ci il, yanvarından 1-dən 68 min drama (142.89 dollar) çatdırılacaq.

Millət vəkilləri hesab edirlər ki, bu addım ölkədə yoxsulluğun bir qədər azalmasına töhfə verəcək.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, hazırkı artım misilsiz addımdır, beləki Ermənistanda indiyədək heç vaxt minimum əməkhaqqı birdən-birə 13 min dram artırılmayıb.

“Minimum əməhaqqı haqqında” hazırkı qanun 2003-cü ildə qəbul edilib.

O vaxt minumum əməkhaqqı 13 min dram (27.32 dollar) müəyyən edilmişdi. Sonrakı 11 ildə minimum əməkhaqqı 10 dəfə artırılıb. Lakin bu artım hər həfə yalnız 2500-5000 dramdan (5.25-10.51 dollar) çox olmurdu.

Yalnız 2013-cü ildə minimum əməkhaqqı birdən-birə 10 min dram artırılmışdı. Bu həmin il ölkədə prezident seçkisinin keçirilməsi ilə bağlı idi. (AzadlıqRadiosu)
Geri qayıt