Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Ərdoğan Makrona: "Beyininizin ölüb-ölmədiyini yoxlayın"
Ərdoğan Makrona: "Beyininizin ölüb-ölmədiyini yoxlayın"30-11-2019, 13:39. |
Cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Emanuel Makronın NATO-nun ölməsi ilə əlaqədar xəbərdarlığına cavab olaraq Fransa prezidentinə “siz öz beyininizin olub-olmadığını yoxlamalısınız” deyərək, onun dediklərinin “xəstə və dayaz” bir anlayışı əks etdirdiyini deyib. CİVİLAZERBAİJAN.COM bildirir ki, Fransa prezidentinin müşaviri Ərdoğanın şərhlərini təhqir adlandırdığına görə, Fransa Xarici İşlər Nazirliyi Türkiyənin Parisdəki səfirini çağıraraq, etirazını bildirib. Ərdoğan bu şərhlərini hərbi alyansın zirvə görüşü öncəsi Makronun Birləşmiş Ştatlar üzündən NATO-nun “beyin ölümü” yaşadığını deməsindən sonra verib. Suriyanın şimal-şərqində Ankaranın trans-sərhəd hücumu ilə bağlı bir-birini tənqid edən Türkiyə və Fransa prezidentləri dekabrın 4-də Britaniyada keçiriləcək Transatlantik İttifaqın zirvə toplantısında NATO liderləri arasında olacaq. “Türkiyədən cənab Makrona müraciət edirəm, mən NATO-da olacağam. Amma əvvəlcə “siz beyininizin ölüb-ölmədiyini yoxlayın” - deyə, Ərdoğan Makrona müraciət edib. Makron üç həftə əvvəl verdiyi müsahibədə bir tərəfdən Avropa müttəfiqləri, digər tərəfdən isə ABŞ və Türkiyə arasında strateji bir əlaqənin olmadığını deyib. O, eyni zamanda NATO-nu Türkiyənin Suriyanın şimalına etdiyi “ağılsız” hücuma reaksiya verə bilməməkdə ittham edib. (AmerikanınSəsi) Geri qayıt |