Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Erdogan Amerikanı indi də belə hədələyir
Erdogan Amerikanı indi də belə hədələyir16-12-2019, 13:12. |
Türkiyə prezidenti ABŞ və NATO-nun istifadə etdiyi iki strateji hərbi bazanı bağlamaqla hədələyib. CİVİLAZERBAİJAN.COM-un məlumatına görə, Recep Tayyip Erdogan deyib ki, Türkiyənin Rusiyadan zenit-raket sistemi almasına görə Vaşinqton sanksiya tətbiq edərsə, bu addım atıla bilər. “Lazım gələrsə, Incirlik və Kurecik bazalarını bağlaya bilərik”, – Erdogan deyib. Incirlik Hava bazası onillərdir ABŞ və NATO qüvvələrinin yararlandığı strateji obyektdir. Kurecik bazasında isə NATO-nun böyük radar stansiyası yerləşir. Erdogan-ın dediklərinin sadəcə təhdid olduğu, yaxud həqiqətən belə bir niyyətini göstərdiyi bəlli deyil. Türkiyədə 2016-cı il dövlət çevrilişinə uğursuz cəhddən sonra Birləşmiş Ştatlarla münasibətlər pisləşib. Erdogan həmin hadisələrə görə ABŞ-da yaşayan vaiz Fethullah Guleni günahkar bilib. Erdogan Rusiyadan S-400 raket sistemi almaq planını həyata keçirdikcə münasibətlər daha da pisləşib. Vaşinqtonun mövqeyincə, bu sistem Incirlik-dən istifadə edən ABŞ-ın F-35 qırıcılarına təhdid yaradır. Türkiyə silahlı qüvvələrinin oktyabrda Suriyaya girərək ABŞ-la müttəfiq kürd yaraqlıları hədəfə alması Konqresin respublikaçı və demokrat üzvlərinin tənqidinə səbəb olub. ABŞ Senatının komitəsi ötən həftə Türkiyəyə sanksiyalar nəzərdə tutan qanunvericiliyi dəstəkləyib. Prezident Donald Trump-ın Erdogan-ı sərt tənqid etməməsi isə konqresmenləri məyus edib. (AzadlıqRadiosu) Geri qayıt |