Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Etirazlara çağıran internet istifadəçiləri üçün

Etirazlara çağıran internet istifadəçiləri üçün


17-12-2019, 18:55.
title}
Etirazlara çağıran internet istifadəçiləri üçün


Özbəkistan internetdən istifadə edərək icazəsiz yürüşlərə çağıranlar üçün cəzanı sərtləşdirməyi planlaşdırır.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bunu hökumətə yaxın mənbə AzadAvropa/AzadlıqRadiosuna deyib.

Mənbənin dekabrın 16-da bildirməsinə görə, Ədliyyə Nazirliyi Cinayət Məcəlləsi və İnzibati Prosessual Məcəlləyə bu məqsədlə əlavələr hazırlayıb.

Layihəyə görə, media orqanları, sosial şəbəkələr, digər internet vasitələri ilə icazəsiz toplantı, yürüş, yaxud kütləvi nümayişlərə çağırmaqda təqsirli bilinən şəxs 10 il həbs cəzasına məhkum edilə bilər.

Bu layihənin qanuna çevrilməsi üçün gərəkən mərhələlərdən keçib-keçmədiyi bəlli deyil.

Qanunu əvvəlcə parlament təsdiqləməli, daha sonra Prezident Shavkat Mirziyoev imzalamalıdır.

Rusiya hakimiyyəti də internet istifadəçilərinə qarşı oxşar qanun qəbul edib. İnsan haqları qrupları bunu ifadə və birləşmə azadlığına təzyiq adlandırıb.
Geri qayıt