Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > İranda etirazlar başlayıb
İranda etirazlar başlayıb12-01-2020, 12:55. |
Yanvarın 11-i günorta saatlarından başlayaraq İranın Tehran və daha bir neçə şəhərində tələbələr etiraz aksiyalarına başlayıblar. CivilAzerbaijan.com bildirir ki, bu barədə AzadlıqRadiosunun fars xidməti məlumat verir. Sosial şəbəkələrdə yayılan xəbər və video görüntülərə görə, Amir Kabir və Sharif universitetləri qarşısına çıxan tələbələr İnqilab Keşikçilərinin çərşənbə günü vurduğu Ukrayna təyyarəsi ilə bağlı rejimin xalqı aldatmasına etiraz ediblər. Paytaxdakı aksiyada İranın Ali rəhbəri Ali Khamenei-yə qarşı şüarlar səsləndirilib. Təyyarə qəzası qurbanları arasında İranın müxtəlif universitetlərinin 26 məzunu var. Sosial mediada yayımlanan videolarda etirazçılar "Yalan danışanlar, yalan danışanlar", "Ali Rəhbərlə birlikdə illərdir davam edən cinayət," İnqilab Keşikçiləri utan, ölkəni sakit burax" və s. şüarlar səsləndiriblər. Etiraz aksiyalarının İranın İsfahan, Həmədan, Sari və Rəşt şəhərlərində də davam etdiyi bildirilir. Bu şəhərlərdə də küçələrə çıxanlar hakimiyyətin təyyarə qəzası ilə bağlı məlumatları ictimayyətdən gizlətməsinə etiraz ediblər. Geri qayıt |