Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Qətl araşdırmaları fonunda Maltanın baş naziri istefa verib
Qətl araşdırmaları fonunda Maltanın baş naziri istefa verib13-01-2020, 13:17. |
Maltanın baş naziri Jozef Muscat jurnalist Daphne Caruana Galicia'nın qətli ilə əlaqədar qalmaqallı istintaq fonunda istefa verib. Korrupsiya ilə bağlı araşdırmalar aparan jurnalist 2017-ci ildə avtomobilinin partladılması nəticəsində həlak olub. CivilAzerbaijan.com bildirir ki, qətl hadisəsi ilə bağlı üç nəfər həbs olunub. Həbs olunanlar arasında məşhur malta iş adamı Jorgen Fenech də var. Baş nazir Jozef Muscat hələ bir ay əvvəl istefaya gedəcəyini bəyan etmişdi. Bundan əvvəl isə baş nazirin istefası tələbi ilə ölkədə etirazlar olmuşdu. Etiraz edən fəallar jurnalistin ölümü ilə bağlı araşdırmalardan narazı idilər. Hakim partiya, 2009-cu ildən 2014-cü ilə qədər bu vəzifəni tutan Maltanın başqa bir keçmiş baş naziri Corc Abelin oğlu Robert Abeli yeni hökumət başçısı seçib. (AzadlıqRadiosu) Geri qayıt |