Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Medvedyev və Rusiya hökuməti istefa verdi

Medvedyev və Rusiya hökuməti istefa verdi


15-01-2020, 20:00.
title}
Medvedyev və Rusiya hökuməti istefa verdi


Rusiyanın baş naziri Dmitry A. Medvedev və onun hökuməti yanvarın 15-də gözlənilmədən istefa verib. The New York Times yazır ki, bu akt prezident Vladimir Putin üçün hökumətdə özünə sadiq fiqurların yerləşdirilməsinə yol açır.

CivilAzerbaijan.com
-un məlumatına görə, Rusiya dövlət televiziyası bildirir ki, Medvedev Təhlükəsizlik Şurası sədrinin müavini təyin ediləcək. Bu qurumda sədr Putindir.

Bu xəbərdən az əvvəl bildirilmişdi ki, Vladimir Putin Konstitusiyaya parlamentin və Dövlət Şurası adlandırılan qurumun səlahiyyətlərini artıran dəyişikliklərin edilməsini təklif edib.

Hazırda Dövlət Şurasının çox məhdud səlahiyyətləri var.

Konstitusiya yenə dəyişdiriləcək

Vladimir Putin Rusiyanın Federasiya Şurasına müraciəti zamanı demişdi ki, ölkənin 1993-cü il tarixli Konstitusiyasına düzəlişlər edilməlidir. O bildirmişdi ki, bu düzəlişlərdən biri də parlamentin səlahiyyətlərinin artırılmasıdır.

Təklifə görə parlamentin aşağı palatası - Rusiya Dövlət Dumasına hökumət nazirlərinin və baş nazirin təyin edilməsi səlahiyyəti veriləcək.

Bu səlahiyyətlər hazırda Rusiya prezidentindədir. Eyni zamanda Putin bəyan edib ki, Rusiya “güclü prezidnet respublikası” olaraq qalmalıdır. Belə sistem prezidentə baş naziri təyin etmək və ya onu vəzifəsindən çıxarmaq, müdafiə və təhlükəsizlik rəhbərlərini təyin etmək səlahiyyəti verir.

Rusiya prezidenti əlavə edib ki, baş verən dəyişikliklərin radikallığı nəzərə alınaraq onların ümumxalq səsverməsinə - referenduma verilməsi zəruridir.

Putin referendumun keçirilməsi üçün dəqiq tarix verməyib.

Şərhçilər bildirirlər ki, bu, Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasını təmin edəcək planının ilk addımıdır. Rusiya Konstitusiyası bir nəfərin dalbadal yalnız iki müddətdə prezident olmasına imkan verir.

Putinin prezident kimi səlahiyyət müddəti 2024-cü ildə başa çatır. (AzadlıqRadiosu)
Geri qayıt