Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Rusiyalı agentlər Davosda əməliyyat planlaşdırırmış -
Rusiyalı agentlər Davosda əməliyyat planlaşdırırmış -22-01-2020, 13:23. |
İsveçrənin xüsusi xidməti 2019-cu ilin avqustunda, Beynəlxalq iqtisadi forumun keçirildiyi Davos şəhərində Rusiya kəşfiyyatçıları olmaqda şübhəli bilinən iki nəfəri saxlayıb. CivilAzerbaijan.com bildirir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” nəşri yanvarın 21-də-Davosda keçirilən beynəlxalq iqtisadi forumun açılışı günü məlumat yayıb. Nəşrin məlumatına görə, ölkənin təhlükəsizlik orqanları ötən ilin avqustinda ölkəyə gələn iki rusiyalıya göz qoyublar. Onlardan biri santexnik olduğinu deyib. Rusiyalılar 3 həftə İsveçrədə qalmaq istəyirmişlər, amma konkret planları barədə bir şey deyə bilməyiblər və bu hakimiyyətdə şübhə doğurub. Bundan başqa onların üstündə diplomatik pasport olub. Bu faktı yerli polis də təsdiqləyib. Nəşr yazır ki, Rusiya onların həbs olunacaqları halda, İsveçrəni diplomatik tədbirlərlə hədələyib. Santexniklərdə diplomatik pasportların olmasına gəldikdə isə Rusiyanın İsveçrədəki səfirliyinin mərbuat katibi deyib ki, bu cür sənədlər təkcə Xarici İşlər Nazirliyinin əməkdaşlarına verilmir. Qəzetin yazdığına görə, rusiyalılar bu ilin yanvarında Davosda keçirilən iqtisadi forum zamanı, qulaq asma əməliyyatı və haker hücumları planlaşdıra bilərmişlər. Amma sonda, onların casusluq fəaliyyəti sübut edilə bilmədiyindən, rusiyalılar buraxılblar. Tanınmış maliyyəçi Uilyam Braudersə (William Browder) AzadlıqRadiosunun Rusiya xidmətinə deyirb ki, burda hədəf o imiş. Brauder hesab edir ki, bu onun, rusiyalı hüquqşünas Sergei Magnitski-nin ölümü ilə bağlı istintaqa yönəlmiş fəaliyyəti ilə əlaqədar ola bilər. “İsveçrə xüsusi xidmətinin əməkdaşları ötən cümə günü mənə təhlükə olduğunu və bunun Rusiyadan gəldiyini xıbərdarlıq elədilər”, - Brauder deyib. Uilyam Brauder 2009-cu ildə Rusiyanın istintaq təcridxanasında müəmmalə şəkildə ölən Sergei Maqgnitskinin keçmiş işçisidir. Magnitskinin ölümündın sonra, biznesmen ABŞ-da qəbul edilən “Maqnitski aktı” qanununun təşəbbüskarı olub. Qeyd edək ki, ABŞ bu akta əsasən Rusiyada insan haqlarının pozulmasında əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edir. Böyük Britaniyada da buna bənzər qanun qəbul edilib, öz növbəsində Avropa Birliyi hazırda bunun mümkünlüyünə baxır. Uilyam Brauder Rusiyada qiyabi olaraq 9 il həbsə məhkum edilib. O, vergidən yayınmaqda ittiham olunur. Amma Brauder ittihamı rədd edir və bunun Rusiyada korrupsiya sxeminin üstünü açması ilə bağlı olduğunu deyir. (AzadlıqRadiosu) Geri qayıt |