Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Ukrayna təyyarəsini vuran iranlı hərbçidən

Ukrayna təyyarəsini vuran iranlı hərbçidən


25-01-2020, 18:30.
title}
Ukrayna təyyarəsini vuran iranlı hərbçidən


Ukrayna sərnişin təyyarəsini Tehran yaxınlığında vuran iranlı hərbçi hazırda həbsxanadadır. Bu məlumatı Almaniyanın "Spiegel" jurnalına müsahibəsində İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib. Amma nazir həmin hərbçinin kimliyini açıqlamayıb.

CivilAzerbaijan.com
bildirir ki, Zarif müsahibəsində İrana məxsus sərnişin təyyarəsinin 1988-ci ildə ABŞ tərəfindən vurulması hadisəsini də xatırladıb və Amerikanın hələ də bu hadisəyə görə, üzr istəmədiyini vurğulayıb.

"Təxminən 32 il əvvəl ABŞ İranın sərnişin təyyarəsini vurub və bu günə qədər hələ də onlar bu hadisəyə görə rəsmi üzr istəməyiblər. Hətta təyyarənin vurulmasına cavabdeh olan zabit sonradan mükafatlandırılıb. Amma Ukrayna sərnişin təyyarəsini vuran İran hərbçisi indi həbsxanadadır", - deyə nazir bildirib.

İran Amerika bazalarına zərbələr endirdiyi ərəfədə hava məkanını bağlanmaması iilə bağlı suala da cavab verib. O deyib ki, Tehran hərbi əməliyyatları zonasında olmayıb.

"Biz İraqa qarşı 8 illik müharibə aparmışıq, o zaman da hava məkanı bağlanmadan müharibə davam edib", - deyə Zarif vurğulayıb.

O, generel Soleimaninin öldürülməsindən sonra İraqdakı Amerika hərbi bazalarına raket zərbələri endirməsini "İranın rəsmi hərbi cavabı " adlandırıb. "Raket zərbələri ilə biz özümüzü qorumaq hüququndan istifadə etmişik", - deyə nazir bildirib. (AzadlıqRadiosu)
Geri qayıt