Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Trumpdan Rusiyaya

Trumpdan Rusiyaya


17-02-2020, 13:08.
title}
Trumpdan Rusiyaya


ABŞ Prezidenti Donald Trump fevralın 16-da türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə telefon söhbətində “Suriyanın İdlib vilayətindəki zorakılıqdan narahatlığını dilə gətirib”, – Ağ evin mətbuat katibi Judd Deere deyib.

CivilAzerbaijan.com
bildirir ki, Trump Rusiyanı Suriya rejiminin “vəhşilikləri”nə dəstəyini dayandırmağa çağırıb, Birləşmiş Ştatların Suriya Prezidenti Bashar al-Assada “Rusiyanın dəstəyini kəsməsini” görmək istədiyini söyləyib.

O, “Suriya münaqişəsinin siyasi həllinə” çağırıb. Suriyada 9 ilə yaxındır münaqişə gedir.

Bu telefon söhbətindən bir gün sonra – fevralın 17-də münaqişədə fərqli tərəfləri dəstəkləyən Ankarayla Moskva danışıqların yeni raundunu başladır.

Rusiyanın raket zərbələri ilə dəstəklədiyi Suriya hökumət qüvvələri fevralın 16-da ölkənin Hələb vilayətində xeyli irəli gediblər, üsyançıların əlində olan regionun böyük hissəsini tutublar.

Al-Assad-ın devrilməsini istəyən üsyançıları dəstəkləyən Türkiyə Rusiyanı İdlib regionunda hücumları dayandırmağa çağırıb, xəbərdarlıq edib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsələr, onları çıxarmaqdan ötrü hərbi gücə əl atacaq.

Fevralın 16-a axşama yaxın rejim qüvvələri “2012-ci ildən bəri ilk dəfə olaraq Hələb ətrafındakı kənd və kiçik şəhərlərin hamısına nəzarəti ələ alıblar”, – Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib.

BMT-nin məlumatına görə, dekabrdan bəri 800 min nəfər ərazidəki atışmalar səbəbindən evindən didərgin düşüb. (AzadlıqRadiosu)
Geri qayıt