Əsas Səhifə > Dünya / Video / Manşet / Üst manşet > Almaniyada atışma: 9 nəfər öldürülüb -

Almaniyada atışma: 9 nəfər öldürülüb -


20-02-2020, 12:48.
title}
Almaniyada atışma: 9 nəfər öldürülüb -


Almaniya polisi Frankfurt yaxınlığındakı Hanau şəhərində iki ayrı-ayrı atışmada 9 nəfər öldürülüb, iki yaralının vəziyyəti isə son dərəcə ağır olaraq qalır.

CivilAzerbaijan.com
AzadlıqRadiosuna istinadla bildirir ki, təhlükəsizlik qüvvələri hadisə yerindən avtomobildə qaçmış şübhəlini təqib edirlər.

Fevralın 19-da axşam baş vermiş atışmanın motivi bəlli deyil. Silahlı polis Hanaunun mərkəzində iki küçəni bağlayıb. Yerli media silahlıların Hanauda iki qəlyan barına atəş açdığını xəbər verir.

Polisin fevralın 20-də bildirməsinə görə, insident axşam 10-da baş verib, “bir neçə nəfər” də xəsarət alıb.

“Bild” qəzeti yazır k, silahlı əvvəlcə iki qəlyan barına, daha sonra şəhər meydanlarından birində yoldan keçənlərə atəş açmağa başlayıb.

Vətəndaşlara atəş açaraq faciə törədən naməlum şəxsin öz hərəkətlərini izah edən video görüntüsü tapılıb. Qaynarinfonun məlumatına görə, bu barədə fevralın 20-də "Bild" qəzeti məlumat yayıb.

Bundan əlavə, silahlı insidenti törədən şəxsin mənzilində yazılı bir etiraf da tapılıb. Hələ ki materialların detalları haqda məlumat verilmir.

Cinayətkarın ovçuluq lisenziyasının olduğu qeyd olunur.

Geri qayıt