Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Belarusda "Bakıdan gedən tələbədə koronavirus tapılıb"

Belarusda "Bakıdan gedən tələbədə koronavirus tapılıb"


28-02-2020, 14:04.
title}
Belarusda "Bakıdan gedən tələbədə koronavirus tapılıb"


Belarusda Bakıdan gedən tələbədə "koronavirus tapılıb". Belarusun BELTA saytı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

CivilAzerbaijan.com
-un məlumatına görə, nazirlik bildirib ki, fevralın 27-də İrandan gələn bir tələbədə virus aşkar edilib. Qurum həmin tələbənin təyyarə ilə Bakıdan Minskə fevralın 22-də uçduğunu açıqlayıb.

Pasiyent və onunla təmasda olan bütün şəxslər Minsk Yoluxucu Xəstəliklər xəstəxanasına aparılıb. Nazirlik gəncin vəziyyətinin "qənaətbəxş olduğu" deyir.

Azərbaycan Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, Minskdə aşkarlanan hadisə ilə bağlı Belarus tərəfi onlara "rəsmi məlumat verməyib".

Bundan əvvəl isə Gürcüstan Səhiyyə Nazirliyi İrandan Azərbaycandan keçməklə gələn 50 yaşlı bir nəfərdə koronavirus aşkar edildiyini bildirmişdi.

Həmin şəxs bir həftə İranda qalmış və fevralın 26-da Azərbaycandan keçərək Gürcüstana daxil olmuşdu.

Azərbaycanın Səhiyyə Nazirliyi bildirmişdi ki, "həmin şəxs Astara gömrük-keçid məntəqəsində yoxlanıb və onda virus əlamətləri aşkarlanmayıb".

Nazirliyin ən son məlumatına görə, Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir, amma ölkədə bu virusa yoluxmuş "şəxs qeydiyyata alınmayıb".

Belarusda "Bakıdan gedən tələbədə koronavirus tapılıb"


Azərbaycan Nazirlər Kabinetinin yanında cümə axşamı baş nazirin sədrliyi ilə qərargah yaradılıb.

Nazirlər Kabineti bildirir ki, İranla gömrük-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

Azərbaycan hökuməti bildirib ki, ilkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. "Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər".

Çində tapılan koronavirusa yoluxma bir çox başqa ölkələrdə, o cümlədən qonşu İranda də qeydə alınıb. İranda azı 26 adamın virusdan öldüyü, 245-ə yaxın şəxsin yoluxduğu bildirilir.

Ümümdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya kimi qiymətləndirməsə də, dünya ölkələrini buna hazır olmağa çağırıb. (BBC)
Geri qayıt