Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Trump koronavirusla bağlı nə söylədi? -

Trump koronavirusla bağlı nə söylədi? -


1-03-2020, 13:49.
title}
Trump koronavirusla bağlı nə söylədi? -


Prezident Donald Trump deyir ki, ABŞ-da 22 nəfər yeni koronavirusa yoluxub və yoluxma hallarının artma “ehtimalı” var.

CivilAzerbaijan.com
bildirir ki, Trump şənbə günü ABŞ-da ilk ölüm halı qeydə alınandan sonra ictimaiyyəti virus barədə məlumatlandırıb. O, ölən qadının 50 yaşlarında və sağlamlıq riskinin olduğunu deyib. O bildirib ki, sağlam amerikalılar virusa yoluxsa sağala bilərlər.

Virus təhlükəsi qlobal bazarlar və ictimaiyyət arasında qorxu hissi yaradıb. Trump “panikaya düşmək üçün səbəbin olmadığını” söyləyib.

Trump bundan bir güncə öncə virus təhlükəsinə cavab tədbirləri ilə bağlı tənqidləri qınayıb və onları siyasi düşmənləri tərəfindən hazırlanan “fırıldaq” adlandırıb.

Səhiyyə rəsmiləri cümə günü ABŞ-da xarici ölkəyə səfər etməyən və virus olan şəxslə yaxın əlaqəsi olmayan ikinci insanda virusun aşkarlandığını təsdiq edib. ABŞ-da ümumilkdə 60 təsdiqlənmiş yoluxma halı var.

Cümə günü Cənubi Karolinada keçirilən siyasi mitinqdə Trump Demokratları koronavirus təhlükəsini “siyasiləşdirməkdə” günahlandırıb və Çində başlayan virusun Birləşmiş Ştatlar boyu yayılmasının qarşısını almaq üçün tətbiq olunmasına göstəriş verdiyi profilaktik tədbirlərlə lovğalanıb. Bu tədbirlərə yaxınlarada Çinə səfər etmiş bütün xarici vətəndaşların ölkəyə girişinə qadağa tətbiq etmək daxildir.

"Onlar heç nə bilmir. Onlar heç Ayovadakı səsləri də hesablaya bilmir,” Trump fevralın 3-də Ayova ştatında keçirilən ilkin seçkidə Demokratların səsverməsində yaranan problemlərə istinadən bildirib.

“Onlar impiçment fırıldağına əl atdı....Bu da onların yeni fırıldağıdır,” - Tuamp Demokratların onun adminsitrasiyasının koronavirusa cavabını qınamasına istinad edərək söyləyib.

Bəzi Demokratlar deyib ki, Tuamp ABŞ-ın virusa cavabını gücləndirmək üçün daha erkən tədbirlər görə bilərdi. Demokrat və Respublikaçı qanunvericilər söyləyib ki, onun virusla mübarizə üçün tələb etdiyi əlavə 2.5 milyard dollar kifayət deyil. Onlar virusla mübarizəyə daha çox pul ayıracaqlarına işarə edib.

Trump Demokratların onun uğursuz olmasını istədiyini söyləyib və indiyədək gördüyü tədbirlərin yoluxma hallarını minimumda saxladığını və ABŞ-da virusdan ölüm hallarının qarşısını aldığını bildirib. (AmerikanınSəsi)
Geri qayıt