Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Kanadanın Birinci xanımı koronavirusa yoluxub? -

Kanadanın Birinci xanımı koronavirusa yoluxub? -


13-03-2020, 14:19.
title}
Kanadanın Birinci xanımı koronavirusa yoluxub? -


Kanadanın Baş naziri Justin Trudeau-nun xanımı Sophie Gregoire Trudeau-nun koronovirus testində nəticə müsbət olub.

CiviAzerbaijan.com
BBC-yə istinadla bildirir ki, Baş nazir və xanımı 14 gün müddətində karantin şəraitində qalacaqlar. Kanada Baş nazirinin əlaqələr üzrə direktoru deyib ki, Sophie Gregoire Trudeau "özünü yaxşı hiss edir və onun xəstəlik əlamətləri yaxşıdır".

Kanada Baş naziri Justin Trudeau-da ehtiyyat tədbiri olaraq karantin şəraitində qalacaq, amma bu mərhələdə o koronavirusa görə test edilməyəcək. Hələ ki, onda virusun əlamətlərinin olmadığı deyilir.

Kanadanın Birinci xanımı koronavirusa yoluxub? -


Rəsmi açıqlamaya görə, Baş nazir iki həftə müddətində karantin şəraitində olsa da işləyəcək və cümə günü xalqa müraciət edəcək. Onun yerli hökümət üzvləri və rəsmilərlə Covid-19 koronovirus barəsində görüşləri təxirə salınıb, onlarla telefonla danışacaq. Rəsmi məlumata görə, "Baş nazir evdən açıqlamalar, telefon danışıqları və online iclaslar edəcək."

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu "pandemiya" elan edib. Pandemiya dünyanın bir çox ölkəsində eyni zamanda yayılan xəstəliyə deyilir.
Geri qayıt