Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Prezident Donald Trump ABŞ-da fövqəladə vəziyyət

Prezident Donald Trump ABŞ-da fövqəladə vəziyyət


14-03-2020, 01:01.
title}
Prezident Donald Trump ABŞ-da fövqəladə vəziyyət


ABŞ Prezidenti Donald Trump cümə günü yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə üzrə fövqəladə vəziyyət elan etdi. Görülən işlər çərçivəsində xəstəliyə qarşı mübarizə üçün 50 milyard dollar federal yardım ayrıldı.

CivilAzerbaijan.com
AmerikanınSəsinə istinadla bildirir ki, Trump çıxışı zamanı "federal hökumətin bütün gücünü ortaya qoymaq üçün" milli fövqəladə vəziyyət elan etdiyini bildirib. Ağ Evdə keçirilən mətbuat konfransı zamanı ABŞ prezidenti hər bir dövləti virusla mübarizə aparmaq üçün təcili yardım mərkəzləri yaratmağa çağırdı.

Trump son günlər Birləşmiş Ştatların müxtəlif ştatlarında ictimai yerlərdə toplaşmaları qadağan edib, məktəbləri bağlayaraq, fövqəladə vəziyyət elan edən qubernatorlar və şəhər merləri kimi fəaliyyət göstərmədiyinə görə xüsusilə demokratlar tərəfindən təzyiqlərə məruz qalıb.

Fövqəladə vəziyyət dünyada 138 min insanın yoluxması, onlardan 5 mindən çoxunun ölümünə səbəb olan virusla mübarizə üçün administrasiya rəsmilərinin federal fondlardan maliyyə ayırmasına imkan verəcək.

Prezidentin fövqəladə vəziyyət elan etməsi və bunun nəticələrinin aradan qaldırması üçün maliyyə ayırmasına imkan verən fövqəladə vəziyyətlərə dair qanun 1988-ci ildə qəbul edilib. Bundan əvvəl 2000-ci ildə prezident Bil Klinton yayılmaqda olan Qərbi Nil virusu səbəbi ilə ölkədə fövqəladə vəziyyət elan etmişdi.
Geri qayıt