Əsas Səhifə > Dünya / Manşet / Üst manşet / Sağ xəbərlər > Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsinin

Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsinin


22-03-2020, 16:25.
title}
Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsinin


Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaratdığı Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi Türkiyə Cümhuriyyətinin cümhurbaşkanı Recep Tayyip Erdoğana və Türkiyə Cümhuriyyəti Adelet Bakanlığına bəyanatla müraciət edib.

CivilAzerbaijan.com
həmin bəyanatı təqdim edir:

Sayın Recep Tayyip Erdoğan!
Türkiyə Cümhuriyyəti Adelet Bakanlığı!


Öncə çox təəssüflə bildirmək istəyirik ki, tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi, gənc nəslin maarifləndirilməsi üçün daim təhsil proqramlarını maliyyələşdirən Palmali Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsimov artıq neçə gündür ki, Türkiyə Cümhuriyyətində həbs edilib. Məhz bu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsinə səbəb olub və biz Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsini yaratmaq məcburiyyətində qalmışıq. Komitə müstəqil qurumdur və heç bir dövlət, qurum, şəxs qarşısında siyasi, hüquqi, mənəvi öhdəliyi yoxdur. Bizim məqsədimiz ən qısa zaman ərzində Mübariz Mənsimovun azadlığına nail olmaq və onun öz fəaliyyətini bərpa etməsidir.

Bunun üçün biz bu bəyanata imza edənlər Türkiyə Cümhuriyyəti cümhurbaşkanı sayın Recep Tayyip Erdoğana, Türkiyə Cümhuriyyəti Adelet Bakanlığına müraciət edərək bildiririk ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov çirkin bir iftaraya məruz qalmışdır. Türkiyə Cümhuriyyətinə böyük yatırımlar etmiş bu iş adamı bütün fəaliyyəti boyunca xeyriyyəçiliyi təbliğ etmiş, Türkiyə və Azərbaycan qardaşlığının inkişafına çalışmışdır. Habelə o, yüzlərlə tələbəyə, saysız-hesabsız Azərbaycan və Türkiyə vətandaşına maddi-mənəvi yardım etmişdir. Biz onun fəaliyyətilə bağlı çox məlumatları Sizlərə təqdim edə bilərik. İnternet resurslarında bu barədə kifayət qədər informasiya vardır.

Sayın cümhurbaşkanı Recep Tayyip Erdoğan, sayın Türkiyə Cümhuriyyəti rəhbərliyi, biz, bu bəyanata imza atan şəxslər dünyanın ən müxtəlif ölkələrində yaşayan siyasi xadimlər, jurnalistlər, yazarlar, ictimai fəallar, sadə vətəndaşlarıq. Hesab edirik ki, bu bəyanata dünyanın bütün vicdanlı Azərbaycan vətəndaşları imza atarlar. Biz Sizlərdən Mübariz Mənsimovaı atılan çirkin iftiraların ədalətlə araşdırılmasını, millət və dövlətlər qarşısında xidmətlərini nəzərə alaraq, onun istintaq zamanı azadlıqda qalmasını təmin etməyinizi xahiş edirik. Bizlər əminik ki, ədalətli araşdırmalar bu vətənpərvər, Türkiyəsevər, xeyriyyəçi şəxsiyyətin çirkin iftiraya məruz qaldığını sübut edəcəkdir!

Biz Türkiyə Cümhuriyyətinin ədalətinə inanır və tezliklə maarifpərvər, xeyriyyəçi iş adamı Mübariz Mənsimovun haqq etdiyi azadlığa qovuşacağına əminliyimizi ifadə edirik!

Bütün bunlara rəğmən, həm də inanırıq ki, ilahi ədalət qalib gələcək!

Sayğılarla, Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi:

Eldəniz Quliyev (Azərbaycan Respublikası, yazıçı, kinodramaturq);

Rüstəm Behrudi (Azərbaycan Respublikası, şair);

Fəhmin Hacıyev (Ukrayna, Azərbaycan Respublikası Daxili Qoşunlarının keçmiş komandanı);

Xanlar Ələkbərov (Azərbaycan Respublikası, ədliyyə generalı);

Vidadi Mirkamal (Azərbaycan Respublikası, ədliyyə generalı);

Ellada Qasımova (Azərbaycan Respublikası, siyasətçi);

Rüfət Səfərov (Azərbaycan Respublikası, hüquqşünas, ictimai-siyasi xadim);

Seyran Rəfiyev (Niderland Krallığı, ictimai-siyasi xadim);

Aqil Səmədbəyli (Türkiyə Cümhuriyyəti, ictimai-siyasi xadim);

Mehriban Vəzir (Azərbaycan Respublikası, yazıçı-publisist);

Cavanşir Əhməd (Ukrayna, həkim);

Dövlətxan Sarıyev (Rusiya Federasiyası, ictimai-siyasi xadim);

Eldar Bayram (Almaniya, güləş üzrə hakim, beynəlxalq yarışların qalibi);

Emil Cəfərov (Almaniya, siyasi aktivist, jurnalist);

Ağali Alışov (Almaniya, peşəkar boks üzrə Avropa, Ukrayna, Almaniya və beynəlxalq yarışların qalibi);

Sarvan Rizvanov (Almaniya, jurnalist, ictimai xadim);

Ramil Hüseynov (Niderland Krallığı, pedaqoq, tərcüməçi);

Samir Sədaqətoğlu (Azərbaycan Respublikası, yazıcı-jurnalist);

Namik Mirzəyev (Rusiya Federasiyası, ictimai xadim);

Elnur Sadıqov (İsveç, iş adamı);

Səid Nuri (ABŞ, ictimai xadim);

Namik Feyziyev (ABŞ, ictimai xadim);

Əbil Həsənov (Almaniya, şair, jurnalist);

Azər Kazımzadə (Almaniya, jurnalist);

Ədalət Quliyev (Belçika Krallığı, iş adamı);

Əli Quliyev (Ukrayna, ictimai xadim, iş adamı);

Səfixan Bayramov (Azərbaycan Respublikası, ehtiyatda olan polkovnik);

Fikrət Hüseynli (Niderland Krallığı, jurnalist, Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsinin koordinatoru).

Geri qayıt