Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Trump Şimali Koreya lideri Kim Jong Unun səhhətindən danışdı
Trump Şimali Koreya lideri Kim Jong Unun səhhətindən danışdı28-04-2020, 14:49. |
ABŞ Prezidenti Donald Trump aprelin 27-də deyib ki, Şimali Koreya lideri Kim Jong Un-un sağlıq durumundan xəbəri var və onun yaxşı olduğuna ümid edir. “Sizə dəqiq deyə bilmərəm”, – Trump-dan Kim-in vəziyyəti barədə soruşanda belə cavab verib. “Bəli, çox yaxşı fikrim var, amma indi bu haqda danışa bilmərəm. Ona sadəcə yaxşı olmağı arzulayıram”, – o, sözlərinə əlavə edib. CivilAzerbaijan.com bildirir ki, Kim aprelin 15-də vacib dövlət tədbirinə qatılmadığından onun səhhətiylə bağlı şayiələr dolaşmağa başlayıb. Seuldakı Daily NK xəbər vebsaytı aprelin 20-də Şimali Koreyadakı bir mənbəyə istinadla yazıb ki, 36 yaşlı Kim Jong Un aprelin 12-də ürək-damar prosedura keçirib. Bundan sonra onun xəstə olması, hətta ölməsiylə bağlı spekulyasiya yayılıb, AzadlıqRadiosu-nun məlumatında deyilir. Cənubu Koreya hökuməti isə Kim-in səhhətiylə bağlı şayiələri rədd edib, onun Vonsandakı iqamətgahında qaldığını bildirib. Geri qayıt |