Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Qazaxıstan-Azərbaycan sərhədində insident: bir nəfər öldürülüb

Qazaxıstan-Azərbaycan sərhədində insident: bir nəfər öldürülüb


3-05-2020, 14:42.
title}
Qazaxıstan-Azərbaycan sərhədində insident: bir nəfər öldürülüb


Aprelin 30-da Xəzər dənizində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşlarının saxlanılması zamanı silah tətbiq edilib. Nəticədə Azərbaycan vətəndaşlarından biri ölüb, ikisi yaralanıb.

CivilAzerbaijan.com
bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, baş verən olayla bağlı mayın 2-də Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilərək ciddi narahatlıq bildirilıib və nota təqdim edilib.

Görüş zamanı Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, iki ölkə arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını deyib.

“Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib,” məlumatda deyilir.

Səfir Abdıkarimov baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib, CivilAzerbaijan.com-un məlumatında deyilir.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatında deyilir ki, aprelin 30-da ölkənin Manqustay vilayətində ərazi sularında sərhəd pozucusu olan gəmi sərhədçilərin dayan komandasına tabe olmayıb. Sərhəd pozucuları dayanmaq əvəzinə gəmidə sürəti daha da artıraraq ərazidən uzaqlaşmağa çalışıb. Bu zaman Qazaxıstan sərhədçiləri havaya və gəminin motor hissəsinə atəş açıblar. Motora dəyən güllələr rekaşet şəklində sərhəd pozucularına dəyib. Səırhəd pozucusu olan 4 nəfər saxlanılıb, yaralılara ilkin tibbi yardım göstərilib. (AmerikanınSəsi)
Geri qayıt