Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Koronavirusun olduğuna inanmayanlar 5G qülləsini yandırıblar

Koronavirusun olduğuna inanmayanlar 5G qülləsini yandırıblar


3-05-2020, 15:07.
title}
Koronavirusun olduğuna inanmayanlar 5G qülləsini yandırıblar


Şimali Osetiyanın Nogir kəndi yaxınlığında MTS telefon qülləsi yandırılıb. Sakinlər beşinci nəsil rabitə şəbəkəsinin (5G) istismara verilməsindən qorxduqlarını bildiriblər. TASS agentliyi xəbər verir ki, agentliyin müxbiri şənbə günü respublika rəhbəri Vyaçeslav Bitarovun jurnalistlərlə görüşünə baş çəkib. O, adamların belə bir addım atmaqla cinayət törətdiyini deyib.

CivilAzerbaijan.com
bildirir ki, Vyaçeslav Bitarov rabitəsiz qalan kəndin sakinlərindən hər gün şikayətlər qəbul etdiyini və bu şikayətlərin də hamısının adamların rabitəsiz qalması ilə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, bir çox sakin, o cümlədən görüşdüyü qanunsuz etiraz mitinqinin iştirakçıları iddia edirlər ki, koronavirus infeksiyası yoxdur və bu, 5G şəbəkəsinin daha da yayılması və şüalanma məqsədi ilə icad edilib.

"Çoxları koronavirusun olmadığını, bunun bir növ dünya miqyasında bir qüvvə tərəfindən qurulduğunu, insanları rezervasyona aparmaq üçün, sonra 5G antenalar qoyaraq, şüa verdikləri zaman şüurlarını itirəcəklərini və sonra onlara "çip" qoyulacağını iddia edir", CivilAzerbaijan.com-un məlumatında deyilir.

Aprelin 20-də nümayişçilər Vladikavkazın mərkəzindəki Hökümət Evinin qarşısına toplaşaraq, özünü təcridetmə rejiminin ləğvini tələb ediblər. Mitinqdə 13 asayiş keşikçisi yaralanıb, cinayət işləri başlanılıb.

Mayın 2-nə olan məlumata görə, respublikada 990 xəstəlik qeydə alınıb, 6 nəfər ölüb, 86 nəfər sağalıb. (AzadlıqRadiosu)
Geri qayıt