Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Avropa İttifaqı insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq edəcək?

Avropa İttifaqı insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq edəcək?


12-05-2020, 15:20.
title}
Avropa İttifaqı insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq edəcək?


Mayın 11-də ABŞ Helsinki Komissiyasının həmsədri, senator Rocer Viker və komissiyanın üzvü senator Ben Cardin ABŞ dövlət katibi Mayk Pompeodan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Boreli insan hüquqlarını pozanlara və korrupsionerlərə qarşı sanksiyaların qəbulunu sürətləndirməyə çağırmağı xahiş edib.

CivilAzerbaijan.com
-un məlumatına görə, məktubda deyilir: “Qlobal böhran dövründə diktatorlar və kleptokratlar Aİ-nin “Maqnitski qanununun reallaşmasını son dərəcə aktual hala gətirərək cinayət əməllərini artırıblar”.

“Aydın oldu ki, korrupsiya və insan hüquqları pozuntuları bir-biri ilə əlaqəlidir. Korrupsiyaya qarşı sanksiyaların olmaması ABŞ və Aİ sanksiyalarının kompleks yanaşmanı və sinxronlaşmasını zəiflədərdi.

Bu, ABŞ-a girişi qadağan edilmiş korrupsioner məmurların Avropa İttifaqında işini davam etdirməsinə imkan verərdi”.

“Məhz Sergey Maqnitski insan haqlarını pozanların və korrupsioner məmurların cəzasız qalmasına son vermək səy göstərirdi. O həbs edildi, işgəncələrə məruz qaldı və öldürüldü”.

ABŞ-ın “Qlobal Maqnitski” qanunu prezidentə insan hüquqlarının pozulmasında və ya korrupsiyada əli olan istənilən əcnəbi şəxsin ABŞ-a girişini qadağan etməyə və iqtisadi sanksiyalar tətbiq etməyə imkan verir.

2019-cu ilin dekabrında ali nümayəndə C.Borel bildirib ki, Aİ üzvü olan bütün dövlətlər “Qlobal Maqnitski” qanununun analoqunu qəbul etmək üçün işə başlamağa razılıq veriblər.

Baltik ölkələri, Kanada və Böyük Britaniya artıq analoji qanunvericiliyi qəbul ediblər.

Lakin Aİ-nin hazırkı Maqnitski qanun layihəsində korrupsiyada əli olan vəzifəli şəxslərə qarşı sanksiyalar yoxdur. (Turan)
Geri qayıt