Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > "Türkiyə və Azərbaycandakı vəziyyət qəbuledilməzdir" -

"Türkiyə və Azərbaycandakı vəziyyət qəbuledilməzdir" -


22-05-2020, 19:12.
title}
"Türkiyə və Azərbaycandakı vəziyyət qəbuledilməzdir" -


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Stefan Şennax (Avstriya) bu gün jurnalistlərin həbsindən, uzun illərdir Türkiyədə və Azərbaycanda müşahidə olunan dəhşətli hadisədən narahatlığını bildirib.

CivilAzerbaijan.com
-un məlumatına görə, AŞPA-nın son “Avropada KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı hesabatda qeyd olunur ki, Türkiyə ən çox jurnalistin həbsdə olduğu ölkədir. Jurnalistikanın müdafiəsi və jurnalistlərin təhlükəsizliyinə dəstək üzrə Avropa Şurası Platformasına görə, onların sayı 95-dir. Jurnalistlər özbaşına ilkin həbslərə və saxlanmalara məruz qalır, məhkəmə qarşısında dayanmadan öncə bir neçə ay saxlanılır. Bu cür həbslər jurnalistlərin tənqidi reportajlara görə siyasi təqiblərə məruz qalmasının nəticəsidir; bu, ifadə azadlığının və jurnalistlərin azadlıq və təhlükəsizlik hüququnun açıq şəkildə pozulmasıdır”, - cənab Şennax qeyd edib.

Bundan əlavə, mövcud pandemiya böhranı şəraitində cəzaçəkmə müəssisələrində saxlanma sağlamlığa və hətta həyat üçün əsassız bir risk təşkil edir. Son qanun layihəsi 300000 türk məhbusun təxminən üçdə birinin sərbəst buraxılmasını nəzərdə tutur, lakin terrorizmlə əlaqəli cinayətlərə görə tutulanları və 95 jurnalist bura aid deyil, çünki onlar heç bir əsas olmadan terrorla əlaqədə günahlandırılıb və ya mühakimə olunub.

Azərbaycana gəlincə, hazırda həbsdə 10 jurnalist var. Bir neçə jurnalist uydurma ittihamlarla həbs olunub. “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd 2020-ci il martın 30-da “zərgərlik məmulatlarını oğurladığına görə” tutulub. 2015-ci ildən bu yana dəfələrlə məhkəmə və ya polis araşdırmaları, dindirmələrə, ev və ofis axtarışlarına məruz qalıb. Bu gün, əgər onu günahkar sayarlarsa 7 ilədək həbs cəzası gözləyir, CivilAzerbaijan.com-un məlumatında qeyd olunur.

Digər azərbaycanlı jurnalist və Kanal24 İnternet TV-nin blogeri İbrahim Vəzirov 2020-ci il aprelin 13-də həbs edilib. Bundan bir neçə gün öncə polis ondan Covid-19-un sosial və iqtisadi təsirləri barədə İnternet məlumatları silməyi tələb etmişdi. Əvvəlki həftələrdə jurnalist hökumətin karantin tədbirlərini tənqid edən video reportajlar hazırlayırdı. Bənzər bir hadisə Reportyor.info saytının müxbiri Mirsahib Rahiloğlu ilə də baş verib. O karantin zamanı maliyyə dəstəyinin olmamasından məyus olan vətəndaşların müsahibələrini dərc edib. O, “karantin qaydalarını pozduğuna görə” tutulub və 30 gün müddətinə həbs edilib. 7gun.az İnternet nəşrinin jurnalisti Natiq İzbatov karantinin iqtisadi təsirləri müsahibələr hazırlayarkən həbs olunub. Jurnalist kimi fəaliyyətinə icazə verən rəsmi sənədlərin olmasına baxmayaraq, karantin qaydalarını pozduğuna görə 30 gün həbs cəzasına məhkum edilib. Bundan əlavə, çox güman ki, polis bölməsində hücuma məruz qalıb, onun telefonunda axtarış aparılıb və videoqeydləri silinib.

“Türkiyə və Azərbaycandakı mövcud vəziyyət qəbuledilməzdir. Hər iki üzv dövlətdə bir neçə ildir ifadə azadlığı, o cümlədən KİV azadlığı pozulur. Odur ki, həm Türkiyəni, həm də Azərbaycanı jurnalistlərə qarşı hücumları dərhal dayandırmağa, Avropa Şurası tərəfindən müəyyən edilmiş standartlara riayət etməyə və təşkilatın təbliğ etdiyi dəyərlərə sadiq qalmağa çağırıram”, - baş məruzəçi deyib. (Turan)
Geri qayıt