Əsas Səhifə > Dünya / Video / Manşet / Üst manşet > Polis Rusiya sərhəddində azərbaycanlıların etiraz aksiyasını qəddarcasına dağıdıb -
Polis Rusiya sərhəddində azərbaycanlıların etiraz aksiyasını qəddarcasına dağıdıb -16-06-2020, 12:21. |
Rusiyanın Azərbaycan ilə sərhədində iki aya yaxındır ölkəyə qayıtlmaq üçün gözləyən bir neçə yüz Azərbaycan vətəndaşlı iyunun 15-də axşam saatlarında Dağıstanın Qullar qəsəbəsində sərhəddən buraxılmaları tələbilə etiraz aksiyası keçirib. CivilAzerbaijan.com bildirir ki, Rusiya mediasının yaydığı məlumata görə polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək Azərbaycan vətəndaşlarının Qullardakı etiraz aksiyasını qəddarcasına dağıdıb. Bir çox etirazçı müxtəlif dərəcəli xəsarətlər alıb. Saxlanılanlar var. “Azərbaycan dövləti haradadır, vətəndaşlarını niyə belə vəziyyətə gətirir və belə davranışa məruz qoyur. Bizi bu çöldə taleyin ixtiyarına buraxıblar”, deyə etirazçılardan biri deyib. Qey edək ki, vətənə qayıtmasını gözləyən Azərbaycan vətəndaşları iyunun 15-də axşam Dağıstanın Qullar qəsəbəsində sərhəddə buraxılmaları tələbilə etiraz aksiyası keçiriblər. Bu barədə Turan-a Azərbaycan vətəndaşları üçün yaradılan çadır düşərgəsinin sakinləri bildiriblər. İyunun 16-da Azərbaycana cəmi 240 nəfərin buraxılacağı məlum olduqdan sonra vəziyyət gərginləşib. Adamlar hamının buraxılmasını tələb ediblər. Onların sayı 600 nəfərdir. Bakı vaxtı ilə saat 21.30-a yaxın hamı çadır düşərgəsindən və digər müvəqqəti yaşayış yerlərindən çıxıb və asfalt zavodunun qarşısındakı meydanda toplaşıb. Etirazçıların bir qismi marşla sərhəddə getməyə çalışıb. Amma gələn polis qüvvələri onların yolunu kəsib və dəyənəklərlə toplaşanları dağıdıb. “Vəziyyət çox gərgindir. Polis sirenlərinin səsindən, adamların qışqırtısından uşaqlar, qadınlar çox qorxub. Bizim istəyimiz ancaq Vətənə qayıtmaqdır”, - etirazçılardan biri bildirib. Geri qayıt |