Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Türkiyədə sosial media qadağan olunur?

Türkiyədə sosial media qadağan olunur?


2-07-2020, 14:08.
title}
Türkiyədə sosial media qadağan olunur?


Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Twitter-də qızı Esra Albayrak-la bağlı gələn şərhlərə narazılığını bildirib.

CivilAzerbaijan.com
bildirir ki, çərşənbə günü Ədalət və İnkişaf Partiyasının bölgə başçılarının video konfransında iştirak edən Prezident Erdoğan bildirib ki, bu cür media bu ölkəyə "uyğun deyil".

Türkiyə Prezidenti bu məsələnin "ən qısa müddətdə" parlamentdə qaldırılacağını bəyan edib. O, ölkədə sosial medianın qadağan olunmasını istəyib. Bu kimi sosial media kanallarının tamamilə bağlanmasını istədiyini deyib.

Erdoğan sosial mediada qızı Esra Albayrak və kürəkəni, həm də ölkənin xəzinə və maliyyə naziri Berat Albayrak-ın yeni doğulmuş körpələri ilə əlaqədar gələn mesajlara toxunub.

"Dünən gecə mənim 8-ci nəvəm Həmzə Saleh dünyaya gəldi. Berat bəy uşağının dünyaya gəlməsi sevincini sosial mediada paylaşdı. On minlərlə insan bu mesajla bağlı təbrik mesajları yazdı. Ancaq sayca az da olsa, əxlaq, şərəf, ləyaqətdən məhrum, insanlıqdan payını almamış, qəlbi qara insanlar içlərindəki pisliyi göstərən təhqirlərlə bu vəziyyəti çirkləndirməyə çalışdılar. Hüquq-mühafiəz orqanları artıq bu işlə məşğuldurlar və bu şəxsləri müəyyənləşdirib, müvafiq tədbirləri görməyə başlayıblar.

Bir uşaq üzərindən onun ailəsinə və dolayısı ilə bu ailənin dəyərlərini təhqir edən bu alçaqlardan əl çəkməyəcəyik. Onların hamısı törətdikləri cinayətə görə cavab verməli olacaqlar," - Prezident Erdoğan deyib, BBC-nin məlumatında qeyd olunur.

Erdoğan gələn şərhlərə narazılıq bildirdikdən sonra bütün bunlara sosial medianın istifadəsinin səbəb olduğunu və onun aradan qaldırılması üçün təcili addımlar atılacağını bildirib.
Geri qayıt