Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Müxalifətçilərin evlərində axtarış aparılır
Müxalifətçilərin evlərində axtarış aparılır9-07-2020, 13:32. |
Rusiyada polis Açıq Rusiya müxalifət qrupunun koordinatorlarının, müstəqil MBX Media onlayn nəşrinin baş redaktorunun və müstəqil bələdiyyə üzvlərinin evlərində axtarış aparır. CivilAzerbaijan.com bildirir ki, Açıq Rusiya-nın koordinatoru Tatyana Usmanova iyulun 9-da Twitter-də yazıb ki, Moskva polisi onun, bələdiyyə üzvü Yulia Galyamina və digər müstəqil bələdiyyə üzvü Konstantin Yanauskas-ın həyat yoldaşı Olga Gorelik-in mənzillərində axtarış aparır. “Qapını sındırmaq istəyirlər. Vəkilləri gözləmək istəmirlər”, – Usmanova Telegram-da yazıb. Galyamina Twitter-də yazıb ki, o evdə olmayıb, vəkili Mikhail Biryukov isə onların blokuna girə bilməyib. O, oğlunun xəstə halda evdə tək olduğunu qeyd edib. Vəkillərin iştirakına icazə verilməyib MBX Media-nın məlumatına görə, Moskva polisi nəşrin baş redaktoru Sergei Prostakov-un evinə də girib. Vəkili Gennady Fyodorov-a isə axtarış zamanı müvəkkilinin evində olmağa icazə verilməyib. Sibirin Tomsk şəhərində isə polis Açıq Rusiya-nın regiondakı vəkili Aleksei Pryanishnikov-un evində axtarış aparıb. Məlumatı MBX Media-ya onun həyat yoldaşı Nadezhda məlumat verib. Açıq Rusiya-nın təmsilçiləri Mediazona onlayn xəbər portalına deyiblər ki, həmkarları Andrei Pivovarov və Alina Danilina-dan xəbər tuta bilmirlər. Rəsmilər axtarışın səbəbi haqda şərh verməyiblər. Açıq Rusiya-nın vəkili Sergei Badamshin deyib ki, Olga Gorelik-in evindəki axtarış 2003-cü ildə Yukos neft şirkətinə qarşı cinayət işilə bağlıdır. Qrupun mətbuat katibi Konstantin Fomin-in sözlərinə görə, Yukos axtarışların aparılması üçün sadəcə bəhanədir, AzadlıqRadiosu-nun məlumatında qeyd olunur. Fomin deyib ki, axtarışların əsl səbəbi müxalifət fəallarının iyulun 15-də Moskvadakı Puşkin meydanında yürüş keçirmək müraciətilə bağlı ola bilər. Müxalifət konstitusiyaya yenicə təqdim olunan dəyişikliklərə etiraz planlaşdırır. Həmin dəyişikliklər Prezident Vladimir Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol aça bilər. Ziddiyyətli dəyişikliklər iyulun 4-dən qüvvəyə minib. Tənqidçilər ümumxalq səsverməsində görünməmiş saxtakarlıq baş verdiyini deyirlər. Geri qayıt |