Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Son insidentlə bağlı Avropa Birliyi və Rusiyadan

Son insidentlə bağlı Avropa Birliyi və Rusiyadan


13-07-2020, 16:56.
title}
Son insidentlə bağlı Avropa Birliyi və Rusiyadan


Avropa Birliyi və Rusiya iyulun 12-13-də Azərbaycan və Ermənistan sərhədində baş vermiş insidentlə bağlı bəyanatlar veriblər.

CivilAzerbaijan.com
bildirir ki, ağır silahların istifadə olunduğu insident zamanı Azərbaycan tərəfİ 4 əsgərinin öldüyünü, 5 hərbçinin yaralandığını bildirir.

Ermənistan tərəfİ isə itki vermədiyini açıqlayıb.

“Avropa Birliyi tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da qızışmaması üçün dərhal tədbirlər görməyə çağırır. Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin mümkün qədər tez bərpasının vacibliyini göstərir”, – AzadlıqRadiosu-nun məlumatına görə, AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Peter Stano-nun adından yayılmış bəyanatda deyilir.

“AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır”, – bəyanatda vurğulanır.

Rusiya XİN narahatdır

Rusiyanın Xarici İşlər Nazirliyi isə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlıq bildirir. Qurum iyulun 13-də yaydığı bəyanatda döyüş əməliyyatlarının davam etdiyini, artilleriyadan istifadə olunduğunu, ölənlərin və yaralıların olduğunu bildirir.

Rusiya XİN ölənlərin yaxınlarına başsağlığı verərək bildirir ki, “vəziyyətin regionda təhlükəsizliyə təhlükə yaradacaq səviyyədə qızışması qəbuledilməzdir”.

“Münaqişə tərəflərini təmkinli davranmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. Rusiya XİN vəziyyətin sabitləşməsi üçün gərəkən töhfəni verməyə hazırdır”, – bəyanatda vurğulanır.
Geri qayıt