Əsas Səhifə > Dünya / Melange / Üst manşet > Minskdə çoxminli
Minskdə çoxminli24-08-2020, 01:20. |
Belarusda prezident seçkilərinin nəticələrinə və polis zorakılığına qarşı etirazlar davam edir. CivilAzerbaijan.com bildirir ki, avqustun 23-də Minskdə "Yeni Belarus üçün yürüş" keçirilir. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, aksiyada 150 mindən 200 minə qədər insan iştirak edir. Aksiyada prezidentliyə namizəd Svetlana Tikhanovskayanın təşəbbüsü ilə yaradılan Müxalifət Koordinasiya Şurasının rəhbərlərinin çıxışı gözlənilir. Etirazçılar yenə də "Get!, Get!" şüarları səsləndirilər və ölkədə yenidən prezident seçkilərinin keçirlməsini tələb edirlər. Belarusun müdafiə nazirliyi aksiyaçıların qaldırdığı ağ-qırmızı-ağ bayrağı faşist bayrağı adlandırıb və etirazçıları ordu ilə hədələyib. "Aksiyanın keçirildiyi yerdə, bayraqlar altında faşistlər belarusların, rusların, yəhudilərin və digər millətlərin nümayəndələrinin kütləvi şəkildə öldürülməsini təşkil ediblər" deyə qeyd olunur. Nazirlik bəyan edir ki, həmin "müqəddəs məkanları" "qoruma" və "mühafizə" altına alacaq. Belə bir video mesaj nazirliyin telegram kanalında yerləşdirilib. "Bu yerlərdə nizam və əmin-amanlıq pozulduğu təqdirdə, siz polislə deyil, ordu ilə qarşılaşacaqsınız" deyə müraciətdə bildirilir. Söhbətin hansı "müqəddəs yerlər"dən getdiyini nazirliyik açıqlamayıb. Bundan əvvəl isə Belarusun müdafiə naziri Viktor Xrenin dövlət televiziyasında "dağıdıcı qüvvələr kütləvi iğtişaşlar, o cümlədən silahdan istifadə etməklə hakimiyyəti ələ keçirməyə cəhd edə bilərlər" deyib. Avqustun 23-də Litvada da Belarusa həmrəylik aksiyası başlayıb. "Azadlığa yol" adlanan aksiyada 50 min insanın iştirak etdiyi bildirilir. Xəbər verilir ki, Vilnüsün mərkəzindən Belarus sərhədinədək 32 kilometrlik məsafədə "həmrəylik zənciri" təşkil ediləcək. 1989-cu il avqustun 23-də bir milyondan çox insan ələlə verərək Baltikyanı ölkələrin Sovet İttifaqından ayrılmasını və müstəqilliklərinin bərpa etməsini tələb edib. Belarusda etirazlar avqustun 9-dan, prezident seçkilərinin ilkin nəticələrinin elan edilməsindən sonra başlayıb. Aksiyanın ilk üç günündə hüquq-mühafizə orqanları dinc aksiyaçılara qarşı zorakılıqlar edib. Yüzlərdə adam həbs edilib, tutularkən və saxlanma yerlərində işgəncələrə məruz qalıb. "OMON"-la toqquşmalarda ən azı bir nəfər həlak olub. Ölkə müxalifəti və bir-neçə gün sonra isə Avropa İttifaqının liderləri birgə bəyanatla çıxış edərək Belarusdakı prezident seşkilərinin nəticələrini tanımadıqlarını bəyan ediblər. Lavrov: "Bizim yanaşmamız çox sadədir..." TASS-ın məlumatına görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Belarusdakı hadisələrə münasibət bildirib. Onun fikrincə, belarusların özləri mövcud vəziyyətin öhdəsindən gələ bilirlər. "Bizim yanaşmamız çox sadədir: bu, Belarusun daxili işidir" Lavrovun sözlərinə görə, Rusiya Belarus konstitusiyasının islahatı ilə bağlı dialoqu çox perspektivli hesab edir, lakin "Belarus müxalifətinin Koordinasiya Şurasının necə qurulduğuna dair suallar var", çünki tərkibinə "Birlik Dövlətinin inkişafına qarşı çıxan bir sıra insanlar" daxildir. Lavrov Koordinasiya Şurasının Alexander Lukashenkanın getməsi ilə bağlı tələbini Venesuela ssenarisi adlandırıb, AzadlıqRadiosu-nun xəbərində bildirilir. Geri qayıt |