Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Dünya Miyatoviçdən Tofiq Yaqublunun həbsi ilə bağlı

Dünya Miyatoviçdən Tofiq Yaqublunun həbsi ilə bağlı


4-09-2020, 12:11.
title}
Dünya Miyatoviçdən Tofiq Yaqublunun həbsi ilə bağlı


Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dünya Miyatoviç sentyabrın 3-də Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun 4 il 3 ay müddətinə həbs olunması ilə bağlı hökmünə münasibət bildirib.

CivilAzerbaijan.com
bildirir ki, o, twitter hesabında bunları qeyd edib:

“Tofiq Yaqubluya qarşı сəza Azərbaycanın ifadə və sərbəst toplaşmaq azadlıqlarına, azadlıq və təhlükəsizlik hüquqlarına və ədalətli mühakimə olunmasına tam hörmət edilməsi üçün ciddi tədbirlər görməli olduğunu bir daha nümayiş etdirir,” o bildirib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb. Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında isə icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib..

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Tofiq Yaqublu özünü təqsirli bilmir

Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə bildirib ki, baş verənləri o, telefonu ilə çəkib. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar, AmerikanınSəsi-nin məlumatında qeyd olunur.
Geri qayıt