Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Putin üzr istədi -
Putin üzr istədi -12-09-2020, 17:17. |
Vladimir Putin XİN nümayəndəsi Mariya Zaxarovanın öz Facebook açıqlamasında Serbiya prezidenti Aleksandr Vuçiçin Ağ Evə səfəri zamanı oturuşunu Sharon Stone-un iştirakı ilə "Əsas instinkt" filminin səhnəsi ilə müqayisə etməsinə görə, Serbiya prezidentindən üzr istəyib. CivilAzerbaijan.com bildirir ki, Putinin üzrxahlığı haqqında Vuçiç cümə axşamı Milli Televiziyanın efirində danışıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumatı təsdiq edib. "Bəli, bu belədir", - Peskov deyib. Serbiya prezidentinin sözlərinə görə, ondan Rusiyanın xarici işlər naziri Sergey Lavrov da üzr istəyib. Bundan beş gün əvvəl Zaxarova Facebook-da prezident Vuçiçin ABŞ prezidenti Donald Trump-la görüşünü təsvir edən fotoşəkillə yanaşı "Əsas instinkt" filmindən Catherine Tramell-in (rolu Sharon Stone oynayır) məşhur dindirilmə kadrını da dərc etmişdi. Böyük siyasi qalmaqala səbəb olmasına baxmayaraq, bu post bu günədək silinməyib. Daha əvvəl Peskov deyib ki, Zaxarovanı düz başa düşməyiblər. Rusiya XİN nümayəndəsinin özü isə dərhal üzr istəyib və izah edib ki, onun postu serb liderinə qarşı deyil, "müstəsnalar" tərəfindən təşəxxüslü münasibətə qarşı yönəlibmiş". Putindən, açıq üzrxahlıq və bağışlamaq xahişini çox nadir hallarda eşitmək olar. Onlardan bir neçəsini xatırlayaq. "Nord-Ost" qurbanlarına görə üzr istəyib 2002-ci il 26-sı oktyabr tarixində "Nord-Ost" musiqili tamaşası zamanı Dubrovka Teatr Mərkəzinə çeçen silahlılarının hücumu və tamaşaçıların girov götürülməsindən sonra Putin vətəndaşlara müraciətlə çıxış edib və həlak olanların qohumlarından üzr istəyib. "İlk növbədə mən orada həlak olanların qohumları və yaxınlarına müraciət etmək istəyirəm. Biz hamını xilas edə bilmədik. Bizi bağışlayın. Həlak olanların xatirəsi bizi birləşdirməlidir," - Putin deyib. Hücum zamanı qazdan istifadə edilib, və insanların zəhərlənməsi, xəstəxanalara çatdırılması işlərinin pis təşkil olunması və onlara vaxtında və səmərəli yardım tədbirlərinin təşkil edilməməsi nəticədə ən azı (rəsmi məlumata əsasən) 130 girov həlak olub. Olimpiyaçılardan üzr istəyib 31-i yanvar 2018-ci ildə Putin, Cənubi Koreyaya yollanmağa hazırlaşan Rusiya olimpiya komandası üzvlərindən üzr istəyib. Olimpiada-2018-ə 169 Rusiya idmançısı buraxılmışdı, hərçənd əvvəlcədən Rusiya Pxenyana 500 iştirakçı göndərməyi planlaşdırmışdı. Qalanı dopinq qalmaqalına görə buraxılmamışdı. "Biz hamımız, siz isə hamıdan yaxşı, müasir yüksək nailiyyətlər idmanında qələbənin nə qədər çətin əldə edildiyini, onun dəyərini, nə qədər zəhmət tələb etdiyini çox yaxşı bilirik. İdmanın hər hansı açıq-aydın xas olmayan və idmana yad olan hadisələrə, süni hallara, siyasətə yaxud daha bilmirəm nələrlə qarışdırılması halda isə, bu, ikiqat mürəkkəbdir", - Putin deyib. "Bağışlayın ki, biz sizi bundan qoruya bilmədik", - o deyib. Balıq kombinatı işçiləri qarşısında üzrxahlıq edib 14-ü aprel 2018-cı ildə "Birbaşa əlaqə" televiziya yayımı zamanı Putinə, Kuril adalarından biri olan Şikotan adasında "Ostrovnoy" balıq kombinatının maaşları verilmədiyindən şikayətlənən Uzaq Şərq sakinlərini göstərmişdilər. "Əmək və yaşayış şəraitləri dəhşətlidir, insanlar səfil həyatı yaşayır, Pulları olmadığına görə adanı tərk edə bilmirlər", - telekörpünün iştirakçılarından biri deyib. O vaxt Putin baş prokurora məsələni öyrənməyi tapşırmışdı. "Müxbirimiz və bizim qarşımızda duran insanlardan isə mən üzr istəyirəm. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edərik", - o deyib. Bundan sonra bir saat ərzində müəssisənin rəhbərinə qarşı cinayət işi açılıb Narışkinə görə üzr istəyib 2016-ci il sentyabrın 22-də Putin Kinqissep birmandatlı dairəsi seçicilərindən, onların seçdiyi Sergey Narışkinin Dövlət Dumasından Xarici Kəşfiyyat Xidmətinə (XKX) keçməsinə görə üzr istəyib. Üzrxahlıq seçicilərlə deyil, Narışkin və onun XKX başçısı vəzifəsində sələfi Mixail Fradkovla görüşdə səsləndirilib. "Sergey Yevgenyeviç, hamıya məlumdur ki, siz indi seçkiqabağı kampaniya çərçivəsində çətin yol keçmisiniz və deputat mandatınızdan imtina etmək niyyətiniz olmayıb. Sizin adınızdan, sizə böyük etimad edib, sizi deputat seçən seçiciləriniz qarşısında üzr istəmək istəyirəm", - Putin demişdi. Merkeldən, itə görə, üzr istəyib 2007-ci ilin yanvarında Soçidə Almaniya kansleri Angela Merkellə danışıqlar zamanı prezidentin Koni adlı labradorunun gəlməsi Merkeli qorxudub. "Söhbət zamanı Koni jurnalistləri baxışı ilə yeməkdən yayınaraq Almaniya kanslerinə yaxınlaşırdı. Angela Merkel quruyub qalırdı, Rusiya prezidentini eşitməməyə başlayırdı, Putin nəhayət itin xaltasını tutmağa və hətta bir neçə dəfə onu şappıldatmağa məcbur olub - lakin bu, daha çox şövqləndirməyə oxşayırdı", - "Kommersant" qəzetinin Kreml üzrə icmalçısı Andrey Kolesnikov yazıb. Bundan 9 il keçmiş Putin Bild qəzetinə müsahibəsində bu barədə xatırlamışdı. Putinin sözlərinə görə, o, Merkelin itlərdən qorxduğunu bilməyib. "Yox, əlbəttə. Mən bu barədə heç nə bilməmişəm. Mən, əksinə, mən itimi göstərməkdə ona xoş olan bir şey etmək istəyirdim. Mən sonradan ona izah etmişəm və buna görə üzr istəmişəm", - Putin deyib. Horraya görə üçün üzr istəyib "Mən bu vəziyyətə düçar olan insanlar qarşısında üzr istəyirəm", - 4-ü sentyabr 2013-cü ildə, daşqından zərər çəkən Uzaq Şərq sakinlərinə xitabən Putin deyib. Ona görə üzr istəməli olub ki, insanlar təxliyə məntəqələrində problemlərlə üzləşiblər. "İnsanları, ora atmaq olmazdı ki, onların özləri yazdığı kimi, divarları rəngləsin və balanda (horra) yesinlər", - Rusiya prezidenti deyib. Eyni zamanda Putin, Narışkinin təyin olunduğu halda olduğu kimi, qeyd-şərt edib ki, başqa hakimiyyət nümayəndələrinin adından üzr istəyir: "Yerli məmurlar indiyə kimi üzr istəməyiblərsə, mən onların yerinə üzr istəyirəm, lakin düzəltmək, qaydaya salmaq lazımdır". Kortejinə görə üzr istəyib 2012-ci il oktyabrın 7-də NTV-nin "Mərkəzi televiziya" proqramında Putin, onun korteji keçəndə yolların bağlanmasından moskvalılara narahatlıq verildiyinə görə üzr istəyib. "Mən təəssüf edirəm və narahatlıq yetirdiyimiz insanlardan üzr istəyirəm... Mən də əziyyət çəkirəm. Lakin necəsə işləmək lazımdır, deyilmi", - Putin deyib. "Bəzən mən narazı avtomobilçilərin klakson səslərini eşidirəm). Təəssüf ki, Moskvada hərəkət edərkən çox nadir hallarda vertolyotdan istifadə etmək mümkündür", - Prezident gileylənib. Elə həmin vaxt da o söz vermişdi ki, "Mersedes"dən düşüb Rusiya limuzininə minəcək - və bu vədinə əməl edib. 7-si may 2018-ci ildə Putin inauqurasiyasına Rusiyada yığılmış "Aurus"la gəlib. Həmin ilin fevral ayında, baş nazir vəzifəsində olan və yenidən prezidentliyə namizəd olan Putin, onu dəstəkləmək üçün mitinqə toplaşan moskvalılardan narahatlıqlarla üzləşdiklərinə görə artıq üzr istəmişdi. Və Pussy Riot-a görə - dindarlardan 7-si mart 2012-ci ildə Moskvada Xilaskar İsa Peyğəmbər məbədində Pussy Riot qrupunun "pank-ibadət" işi üzrə istintaq getdiyi vaxt, baş nazir olaraq Putin Ağ Evdə hökumətin fəaliyyətini işıqlandıran jurnalistlərlə görüşü zamanı, qrup üzvlərinin hərəkətlərinə görə, üzr istəyib. "Onlar ibadətxanada qoyulan qaydaları pozublarsa, mən bütün möminlərdən və ruhanilərdən üzr istəyirəm. Ümid edirəm ki, bu, bir daha təkrarlanmaz", - Putin deyib. Putinin aksiyaya münasibəti "son dərəcə mənfi" olub, onun mətbuat katibi Dmitri Peskov deyirdi. Pussy Riot qızlarının həbsə məhkum edilməsi hökmü Rusiya prezidenti təqdirlə qarşılayıb: "Yuvarlanıb məhkəməyə çatdılar, məhkəmə də hərəsinə iki il yapışdırdı. Mənim bununla əlaqəm yoxdur. Onlar bunu istəyirdilər, onlar bunu aldılar". Bundan başqa 2011-ci il sentyabrın 28-də yazıçılarla görüş zamanı Putin detektiv müəlliflərindən, onların əsərlərini "oxunaqlı" adlandırdığına görə, üzr istəyib. 2017-ci il iyulun 7-də Yaponiya baş naziri Sindzo Abedən üzr istəməli olub - onu 1 saata yaxın gözləməyə məcbur etdiyinə görə. Putin gecikməsinə ABŞ lideri Donald Trump-la (Hamburqda keçən G20 sammiti çərçivəsində) ilk görüşün uzun çəkməsi səbəb olduğunu bildirib. Putin Abe qarşısında həm öz, həm də Trump-ın adından üzr istəyib, BBC-nin məlumatında qeyd olunur. Geri qayıt |